Azərbaycanda kompyuter və digər elektron avadanlığı istehsalının həcmi artmışdır
Bakı, 20 noyabr (AZƏRTAC). Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 191,5 milyon manat dəyərinə kompyuter, elektron və elektrik avadanlığı istehsal olunmuşdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kompyuter və elektron məhsulların istehsalı 21,6 faiz azalmış, elektrik avadanlığı istehsalı isə 1,9 faiz artmışdır.
Ötən on ayda 127 güc transformatoru, 5,7 min məişət soyuducusu, 20,7 min televizor istehsal olunmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məişət soyuducularının və televizorların istehsalı müvafiq olaraq 25,8 və 2,8 faiz artmışdır.
Noyabrın 1-nə olan məlumata görə, müəssisələrin anbarlarında 31,8 milyon manatlıq hazır məhsul ehtiyatı qalmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]