AZƏRBAYCANDA RTR PROQRAMLARI YAYIMLANIR, ORT İSƏ...
Rabitə Nazirliyindən AZƏRTAC-a daxil olan məlumata görə, Rusiya televiziya proqramlarının respublika ərazisində yayımının rəsmiləşdirilməsi üçün 2000-ci ildən başlayaraq RTR, ORT və NTV şirkətlərinə dəfələrlə müraciət olunmuşdur.
NTV şirkətinin öz borclarını ödəməməsi həmin proqramın Bakı şəhərində yayımının dayandırılmasına gətirib çıxarmışdır.
RTR şirkəti ilə danışıqlar aparılandan və müvafiq müqavilələr imzalanandan sonra respublika ərazisində RTR TV və Radio-Rossiya proqramlarının yayımı həyata keçirilir.
ORT proqramının yayımının rəsmiləşdirilməsi ilə əlaqədar dəfələrlə bu şirkətə müraciət olunsa da, müqavilənin imzalanması indiyədək baş tutmamışdır. Müqavilə imzalanmadığına görə və enerjiyə qənaət məqsədilə hazırda ORT proqramının yayım gücü aşağı salınmışdır. Bu vəziyyət müqavilə imzalanana qədər davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:51]
Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib
- 19.06.2026 [11:01]
Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb
- 18.06.2026 [19:27]
Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]