“Azərbaycanfilm” kinostudiyasında ustad dərsləri təşkil olunub
Bakı, 1 dekabr, AZƏRTAC
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında bu il yaranmasının 100 illiyini qeyd edən, kinomedia sənayesi sahəsində məşhur olan ARRI (Arnold and Richter cine Technik) şirkətinin nümayəndələri tərəfindən ustad dərsləri keçirilib.
Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə təcrübəli rejissor və operatorlarla yanaşı, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti də iştirak edib.
Ustad dərslərində rəqəmsal kameralar və obyektivlər barədə müzakirələr aparılıb, eyni zamanda, iştirakçıların böyük marağına səbəb olan “ARRI ALEXA Mini” kamerasının nümayişi və sınağı təşkil olunub.