Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEV LƏNKƏRANDA OLMUŞDUR

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

-Əziz lənkəranlılar!

Əziz bacılar və qardaşlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gözəl idman kompleksinin açılışı münasibətilə sizi təbrik edirəm. Eyni zamanda, bu gün zəhmət çəkib buraya gələn astaralılar, leriklilər, sizi də ürəkdən salamlayıram, bu görüşə gəldiyinizə görə sizə öz minnətdarlığımı bildirmək istəyirəm.

2001-ci ilin oktyabrında mən Lənkəranda olarkən, camaatla görüşərkən, müəyyən məsələləri müzakirə edərkən, eyni zamanda, çıxışımda bəyan etmişdim ki, Milli Olimpiya Komitəsi qərar qəbul edib ki, Lənkəranda müasir Olimpiya idman kompleksi tikilsin. Mən çox şadam ki, biz buna nail ola bilmişik və bu gün sizinlə birlikdə bu gözəl kompleksin açılışında iştirak edirik, ona öz xeyir-duamızı veririk.

Azərbaycanda idman kütləvi xarakter alır, yeni-yeni idman qurğuları yaradılır və istifadəyə verilir. Bu çox sevindirici haldır. Bu, siyasəti Milli Olimpiya Komitəsi 2000-ci ildə başlamışdır və qısa müddətdə - 3 il ərzində Azərbaycanın, demək olar ki, bütün bölgələrində müasir komplekslər tikilib idmançılarımızın istifadəsinə verilibdir. Bu, çox böyük hadisədir. Hesab edirəm ki, bu, düşünülmüş siyasətdir. Azərbaycanın hər bir yerində, hər bir bölgəsində istedadlı idmançılar, gənclər vardır. Onlar idmanla məşğul olmalıdırlar. İdmanla məşğul olan insan həm fiziki, həm də mənəvi cəhətdən sağlam olur. Bizə isə sağlam xalq lazımdır, sağlam millət lazımdır, sağlam gənc nəsil lazımdır.

Dünən biz Bakıda yeni idman qurğusunun açılışında iştirak etmişdik. Ondan əvvəl Bərdədə idman kompleksinin açılışında iştirak edirdik, bu gün isə Lənkərandayıq. Bu, ümumiyyətlə, onu göstərir ki, Azərbaycanda idmana böyük qayğı var. Bu qayğı ən yüksək səviyyədə göstərilir. Əgər cənab Prezident Heydər Əliyevin idmana qayğısı olmasaydı, əlbəttə ki, biz bu uğurları əldə edə bilməzdik. İdmanın maddi-texniki bazasının yaradılması ilə yanaşı, idmançılarımız da Azərbaycanı beynəlxalq yarışlarda çox ləyaqətlə təmsil edirlər. Azərbaycanın idman şərəfini qoruyurlar. Son 3-4 il ərzində, demək olar ki, bütün beynəlxalq yarışlarda idmançılarımız nəinki iştirak edir, eyni zamanda, medallar uğrunda mübarizə aparır və bu mübarizədə də qalib çıxırlar. Mən əminəm ki, idmançılarımız bundan sonra da beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında Azərbaycanın idman şərəfini daim yüksək tutacaq, doğma Vətənimizə yeni-yeni qələbələr gətirəcəklər.

İdman o ölkədə inkişaf edir ki, orada iqtisadi inkişaf var, sabitlik var. Azərbaycan da Heydər Əliyevin rəhbərliyi altında son 10 il ərzində bütün bu məsələlərin həllinə nail olmuşdur. Burada qeyd olundu ki, 1993-cü ildə Azərbaycan nə vəziyyətdə idi, ölkə demək olar ki, dağılırdı. Ölkəyə rəhbərlik edən şəxslər onu elə vəziyyətə salmışdılar ki, Azərbaycan, demək olar, dünya xəritəsindən silinirdi. Məhz Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanda qısa müddət ərzində asayiş, ictimai-siyasi sabitlik yarandı və ölkədə inkişaf başlandı. Bu inkişafın nəticəsində Azərbaycan qısa müddətdə ilk uğurlarını əldə etmişdir. Bu uğurlar özünü bütün sahələrdə açıq-aydın göstərir. İqtisadiyyatımız inkişaf edir, Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tuta bilibdir.

Azərbaycanda islahatlar aparılır, Heydər Əliyevin neft strategiyası həyata keçirilir. Görülən bütün bu tədbirlərin nəticəsində Azərbaycan xalqı daha yaxşı yaşamağa başlayıbdır. Bu siyasətin kökündə duran məsələ budur ki, Azərbaycan daha da inkişaf etsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Bunun üçün bizdə bütün imkanlar var. Təbii sərvətlər, möhkəm siyasi iradə, xalqın dəstəyi vardır. Bütün bu amillər bizə imkan verəcək ki, gələcəkdə Azərbaycanı hərtərəfli inkişaf etdirək. Bütün Azərbaycan xalqı kimi, cənub zonasında yaşayan soydaşlarımız daima Heydər Əliyevin siyasətini dəstəkləmişlər və əminəm ki, bu dəfə də Heydər Əliyevin siyasətinə səs verəcəklər.

Mən çox şadam və məmnunluq hissi ilə deyə bilərəm ki, Azərbaycandakı inkişaf Lənkəranda da özünü göstərir. Bu gün səhər mən bir neçə yeni obyektin açılışında iştirak etdim. Lənkəranda yeni konserv zavodu istifadəyə verildi. Bu, çox sevindirici haldır. Ümumiyyətlə, bu proses Azərbaycanın müxtəlif bölgələrində gedir. Yeni iş yerləri açılır, müasir standartlara uyğun müəssisələr yaradılır. Bu, imkan verəcək ki, kənd təsərrüfatı ilə məşğul olan insanlar heç bir problemlə üzləşmədən öz məhsullarını həmin müəssisələrə təhvil verib ondan vəsait əldə etsinlər. Eyni zamanda, yerli istehsal da imkan verəcək ki, daxili bazar yerli məhsullarla təmin olunsun. Burada açılan konserv zavodu bir daha onu göstərir ki, bu proses gedir.

Yeni iş yerlərinin açılması hökumətin siyasətində prioritet məsələdir. Bu məsələyə daim diqqət göstəriləcək və qısa müddətdə, növbəti beş il ərzində,- mən bunu artıq bir neçə dəfə bəyan etmişəm, bir də demək istəyirəm, - 600 min yeni iş yeri açılacaqdır. Bu, çox böyük rəqəmdir. Bəzilərinə elə gələ bilər ki, bu qeyri-realdır. Amma mən sizə deyə bilərəm ki, bütün iqtisadi hesablamalar aparılmışdır və bir daha mən bu rəqəmi sizin nəzərinizə çatdırıram. Belə olan halda, Azərbaycanda işsizlik problemi, demək olar ki, tamamilə aradan qaldırılacaqdır. Bu da Azərbaycanın qarşısında duran ən mühüm problemlərdən biridir. İşsizliyin qarşısı alınmalıdır, eyni zamanda, yoxsulluqla mübarizə aparılmalıdır və aparılır.

Bu məqsədlə Azərbaycan dünyanın aparıcı maliyyə qurumları ilə birlikdə xüsusi proqram həyata keçirir. Əminəm ki, bu proqramın həyata keçirilməsi nəticəsində yaxın gələcəkdə yoxsulluğun azaldılması mümkün olacaqdır.

Azərbaycanda sahibkarlıq, özəl sektor inkişaf edir. Ümumi daxili məhsulda özəl sektorun payı 70 faizdən yuxarıdır. Bu, onu göstərir ki, Azərbaycanda tam mənada bazar iqtisadiyyatı prinsipləri mövcuddur və işləyir.

Bu gün başqa bir infrastruktur obyekti, yeni bir mehmanxana da açılıbdır. Mən onun açılışında da iştirak etmişəm. Çox sevindirici haldır ki, bu mehmanxana ən yüksək standartlara uyğun şəkildə tikilibdir. Lənkərana, lənkəranlılara layiq olan bir yerdir. Əminəm ki, buraya gələn hər bir qonaq orada rahat yaşaya bilər. Bu da çox sevindiricidir. Çünki indi belə səviyyəli mehmanxanalar, adətən, Bakıda tikilir. Mən Azərbaycanın bölgələrində hələ ki, belə mehmanxanaya rast gəlməmişəm. Çox şadam ki, bu ilk təcrübə məhz burada, Lənkəranda baş veribdir. Bu da öz növbəsində, Azərbaycanın dilbər guşəsi olan Lənkəranda turizmin inkişafına böyük kömək göstərəcəkdir. Burada turizmin inkişafı üçün hər bir şərait - gözəl iqlim var, gözəl təbiət var. Ən önəmlisi isə, Lənkəranın ən böyük sərvəti olan əməksevər, vətənpərvər insanları vardır. Mən sizi, əziz, doğma bacılarımızı, qardaşlarımızı bir daha salamlayıram və sizin dəstəyinizə arxalanıram. Biz bu dəstəklə, sizinlə birlikdə Azərbaycanı inkişaf etdirəcəyik.

Azərbaycan yaxın vaxtlarda zəngin dövlətə çevriləcəkdir. Son on il ərzində Heydər Əliyevin Azərbaycanda apardığı siyasət artıq öz əyani nəticələrini verməkdədir. Azərbaycanda neft strategiyası həyata keçirilir. Bunun hesabına böyük həcmdə valyuta ehtiyatları yaranıbdır. Bu isə Azərbaycanın hər bir bölgəsini inkişaf etdirməyə imkan verəcəkdir.

İndi İqtisadi İnkişaf Nazirliyi tərəfindən xüsusi proqram hazırlanıbdır. Bu proqramda Azərbaycanın bölgələri haqqında ayrıca bir bölmə var. Orada Azərbaycanın bütün bölgələrinin inkişafı, iqtisadi perspektivləri öz əksini tapır. Mən əminəm ki, seçkilərdən sonra bu proqramın həyata keçirilməsinə başlayacağıq. Azərbaycanın hər bir vətəndaşı onun xeyrini görəcəkdir.

2001-ci ildə burada olarkən mən başqa bir vəd də vermişdim. Mən vəd verməyi xoşlamıram. Bəzi müxalifət liderlərindən fərqli olaraq, mən daha çox əməli işlərə üstünlük verirəm. Yalnız o vaxt vəd verirəm ki, onun yerinə yetirilməsinə nail olacağımı bilirəm. Mənə müraciət olunmuşdu və söyləmişdilər ki, Lənkəranın ən böyük problemlərindən biri buraya təbii qazın verilməsinin dayandırılmasıdır. Şəhərə uzun illər təbii qaz verilməmişdir.

Mən o vaxt Bakıya qayıdarkən bu məsələni ciddi araşdırdım. Biz xüsusi tədbirlər planı hazırlayıb həyata keçirdik və bunun nəticəsində Azərbaycanın bir neçə rayonuna, o cümlədən Lənkərana təbii qazın verilməsi bərpa olundu. İndi mənə verilən məlumata görə, şəhərin 85 faizi qazla təmin edilmişdir. Məqsədimiz isə budur ki, lənkəranlılar təbii qazla yüz faiz təmin olunsunlar. Mən söz verirəm ki, biz buna nail olacağıq.

Azərbaycan vahid ölkədir. Azərbaycanın hər bir vətəndaşı eyni şəraitdə yaşamalıdır. Əgər Bakıda elektrik enerjisi, təbii qaz varsa, deməli, hər yerdə, o cümlədən Lənkəranda da elektrik enerjisi də, qaz da olmalıdır. Biz bunu təmin edirik və bundan sonra da edəcəyik.

Siz bilirsiniz ki, möhtərəm cənab Prezident Lənkərana, bu zonada yerləşən digər rayonlara daim diqqət və hörmətlə yanaşmışdır. Siz hamınız bu diqqəti hiss etmisiniz. Cənab Prezident dəfələrlə burada olmuşdur, insanlarla görüşmüşdür, problemlərin həlli istiqamətində öz köməyini göstərmişdir. İndi cənab Prezident səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməyəcəkdir. Mən iştirak edəcəyəm. Sizi əmin etmək istəyirəm ki, onun siyasətini davam etdirəcəyəm. Biz daim birlikdə olacağıq və mən sizə daim diqqət göstərəcəyəm.

Azərbaycanda Heydər Əliyevin siyasətinə alternativ siyasət yoxdur. Alternativ siyasət Azərbaycanı uçuruma apara bilər. Azərbaycan xalqı 1992-1993-cü illərdə o çox ağır günləri yaşayıbdır. O vaxt Azərbaycan demək olar ki, dağılırdı, ölkəmiz böhran içində idi, anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Ölkədə qanunsuz silahlı dəstələr, quldur dəstələri meydan sulayırdılar. Belə olan halda Azərbaycanın gələcəyi, ümumiyyətlə, sual altında idi. 1993-cü ildə Azərbaycan xalqı öz müdrikliyini nümayiş etdirərək Heydər Əliyevi Bakıya dəvət etdi. Ondan sonra bütün bu xoşagəlməz halların qarşısı alındı. Azərbaycanı bu çətin vəziyyətə salan o vaxtkı iqtidar, indiki müxalifət qaçıb gizləndi və bir neçə il ərzində onlar gizlənmişdilər, xalqın qarşısına çıxmağa cəsarət etmirdilər. Özlərini biabır edən, Azərbaycan dövlətçiliyinə xəyanət edən şəxslər indi yalnız Heydər Əliyevin həyata keçirdiyi demokratik proseslərin nəticəsində yenidən siyasətə qayıdıblar. İndi onlar sizə müxtəlif yalan vədlər verirlər, fantaziya danışırlar. Mən bilirəm ki, Azərbaycan xalqı onların vədlərinə inanmır, çünki əgər onlarda belə bir niyyət olsaydı, elə hakimiyyətdə olduqları dövrdə bunu həyata keçirərdilər.

İndi Azərbaycan bütün bəlalardan qurtarıbdır.

Azərbaycanda müharibə dayanıbdır. Artıq Azərbaycanda iqtisadi tənəzzül yoxdur, əksinə, inkişaf var. Başqa qonşu ölkələrlə müqayisədə Azərbaycan birinci yerdədir. Adambaşına düşən xarici sərmayənin həcminə görə Azərbaycan nəinki MDB ölkələrini, hətta bəzi Şərqi Avropa ölkələrini də qabaqlayır. Azərbaycan ümumi daxili məhsulun artım səviyyəsinə görə dünyanın aparıcı ölkələrinin sırasındadır. İnflyasiyanın səviyyəsinə görə də dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin sırasındadır.

Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində iki neft kəməri tikilib istifadəyə verilibdir. Bakı-Tbilisi-Ceyhan kimi nəhəng, bütün dünya üçün əhəmiyyətli, ilk növbədə, Azərbaycan xalqının milli maraqlarına cavab verən neft kəməri inşa edilir. İnşallah, 2005-ci ildə biz hamımız birlikdə onun istismara verilməsini qeyd edəcəyik.

Azərbaycanda Heydər Əliyevin Sərəncamı əsasında Neft Fondu yaradılıbdır. İndi Azərbaycanın 1 milyard 400 milyon dollar valyuta ehtiyatı var. Halbuki, 1993-cü ildə bu rəqəm sıfıra bərabər idi. Nə var idisə, onu da indi sizdən səs istəyən İsa Qəmbərov, Etibar Məmmədov və onlar kimiləri dağıtmışdılar, aparıb xarici banklarda öz hesablarına yerləşdirmişdilər.

Azərbaycan neft strategiyasının həyata keçirilməsini davam etdirəcəkdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara veriləndən sonra Azərbaycan ildə 50 milyon ton neft ixrac etmək iqtidarında olacaq və bu da təkcə növbəti beş il ərzində ölkəyə 5 milyard dollar vəsait gətirəcəkdir. Əlbəttə ki, bu vəsaitlə Azərbaycanı hərtərəfli inkşaf etdirmək mümkün olacaq, yeni zavodlar, fabriklər, məktəblər, xəstəxanalar tikiləcək, yeni iş yerləri açılacaqdır. Yaxşı, müxalifətdən soruşmaq lazımdır ki, axı siz bu ölkəni dağıdırdınız, siz vətəndaş müharibəsini başlamışdınız, siz Bakıda hakimiyyət uğrunda mübarizə apararkən Dağlıq Qarabağda torpaqlarımız əldən gedirdi. Heydər Əliyev sizə indiki bütün bu şəraiti yaratdı. Nəyə görə yaratdı? Yaratdı ki, siz yenidən gəlib dağıdasınız?! Heç vaxt bu, olmayacaq, Azərbaycan xalqı öz seçimini edib və bu seçimə də sadiq qalacaqdır.

Biz imkan verməməliyik ki, səriştəsiz, bacarıqsız insanlar, Vətənə xəyanət etmiş insanlar yenidən hakimiyyətə gəlsinlər və mən əminəm ki, Azərbaycan xalqı buna imkan verməyəcək, Heydər Əliyevin siyasətini dəstəkləyəcək və oktyabrın 15-də bu siyasətə səs verəcəkdir.

Bizim planlarımız genişdir, çoxdur. Qarşıda duran məsələlər həll olunmalıdır. Mən qeyd elədim ki, Azərbaycan çox sürətlə inkişaf edir. Azərbaycanda sosial məsələlər öz həllini tapır, o cümlədən əhalinin təbii qazla, elektrik enerjisi ilə təminatı yaxşılaşmışdır. Bundan sonra daha da yaxşı olacaqdır. Növbəti beş il ərzində hər biri 400 meqavat gücündə iki elektrik stansiyası tikilib istifadəyə veriləcəkdir. Ondan sonra respublikada, ümumiyyətlə, elektrik enerjisi ilə bağlı heç bir problem olmayacaqdır. Əksinə, Azərbaycan elektrik enerjisini ixrac edə biləcəkdir.

Təbii qazın idxalı davam edəcəkdir. Biz bu məqsədlər üçün böyük həcmdə vəsait xərcləyirik. Amma bunu etməliyik ki, bu sahədə də heç bir problem olmasın. Digər məsələlər də öz həllini tapmalıdır. Amma bütün bu görülən işlərlə, qazanılan uğurlarla yanaşı, əlbəttə ki, Azərbaycanda böyük problemlər də var. Biz bunu bilirik. Mən demək istəmirəm ki, Azərbaycanda hər şey öz qaydasındadır. İlk növbədə, qeyd etdiyim kimi, biz sosial məsələlərə daha çox diqqət göstərməliyik. İnsanlara daha böyük diqqət göstərməliyik. Bəzi hallarda müxtəlif məmurlar bu işdə lazımi səviyyədə fəaliyyət göstərmirlər, müraciətlərə, ərizələrə biganə yanaşırlar. Mən dəfələrlə bunu demişəm. Son on gün ərzində respublikanın müxtəlif bölgələrində olarkən çoxlu sayda ərizələr, məktublar almışam. Deyə bilərəm ki, keçmişdə də belə olubdur. Keçmişdə həm Azərbaycan Dövlət Neft Şirkətinə, Milli Məclisə, Milli Olimpiya Komitəsinə mənim adıma yüzlərlə, bəlkə də minlərlə ərizə və məktublar göndərilmişdir. Hər bir məktuba reaksiya verilmiş, hər bir məktuba cavab göndərilmiş, aidiyyəti orqanlara göstərişlər verilmişdir. Bu proses davam edir.

Son 8-10 gün ərzində bölgələrdə mənə verilən bütün ərizələrə operativ qaydada baxılır və deyə bilərəm ki, onların 90 faizi öz müsbət həllini tapacaqdır. Bunu ona görə deyirəm ki, burada da mənə ərizələr verilibdir. Mən sizi əmin edirəm ki, bunlara da baxılacaqdır. Əgər bu ərizə mənə verilirsə, o deməkdir ki, yerlərdə bu məsələ öz həllini tapmır. Düzdür, ola bilər ki, bu məsələ yerli orqanlar tərəfindən həll oluna bilməz. Bunu mərkəzi orqanlar həll edə bilərlər. Ərizələrin əksəriyyəti də bu məzmundadır. Amma bununla yanaşı, mən Azərbaycanda vəzifədə çalışan, işləyən insanlara müraciət edib demək istəyirəm ki, daha diqqətli olmaq lazımdır. Biz vəzifədə ona görə oturmuşuq ki, xalqa xidmət edək.

Misal üçün, mən öz vəzifəmi belə başa düşürəm. Bunu mənə, nəinki mənə, bütün Azərbaycan xalqına Heydər Əliyev öz nümunəsi ilə göstəribdir. Biz hamımız, vəzifədə olan şəxslər, dövlət orqanlarında çalışan şəxslər ilk növbədə, insanların problemləri ilə məşğul olmalıyıq. Mən şəxsən bu yoldayam və bütün dövlət orqanlarında, hakimiyyət orqanlarında işləyən insanları bu yola dəvət edirəm. Əgər hamımız belə hərəkət etsək, Azərbaycanda heç bir problem qalmayacaq, insanlarımız daha rahat, firavan yaşayacaqlar.

Əziz lənkəranlılar!

Mən gözəl bilirəm ki, lənkəranlılar Azərbaycanın müstəqilliyi uğrunda, ərazi bütövlüyünün qorunması uğrunda böyük işlər görmüş, itkilər vermiş, şəhidlər vermişlər. Lənkəranlılar mərd insanlardır. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov kimi mərd oğulun davamçılarıdır. Mən buna görə sizə minnətdarlığımı bildirirəm. Əminəm ki, gələcəkdə də biz hamımız birlikdə Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirəcəyik.

Mən bu barədə dedim, bir daha demək istəyirəm. 2001-ci ildə Lənkəranda olarkən bəyan etmişdim ki, sizin üçün gözəl idman kompleksini tikəcəyik və onun açılışında iştirak edəcəyəm. Görürsünüz ki, həm tikdik, həm də açılışında iştirak edirəm. Deyə bilərəm ki, bu, mənim təşəbbüsüm idi. Bəzi yerlədə olarkən yerli camaat məndən xahiş edir, deyirlər ki, bizdə də tikin. İmkan daxilində biz bunu edəcəyik.

Azərbaycanın bütün bölgələrində, ondan sonra hər bir rayonda idman kompleksləri tikiləcəkdir. Amma Lənkəranda kompleksin tikilməsi haqqında qərarı şəxsən öz təşəbbüsümlə qəbul etmişdim. Çıxışlarımın birində qeyd etdim ki, həyat yerində durmur. Biz bu proqrama 2000-ci ildə başlamışdıq. O vaxt şərait başqa idi, indi imkanlarımız daha da artıbdır. Ona görə bəzi yerlərdə, rayonlarda bu komplekslərlə yanaşı, üzgüçülük hovuzu da tikilir. Mən sizə bir vəd də verirəm ki, burada üzgüçülük hovuzu tikiləcək, onun açılışında birlikdə iştirak edəcəyik.

Əziz lənkəranlılar!

Əziz astaralılar!

Əziz leriklilər!

Bu görüşə gəldiyinizə və mənə göstərdiyiniz səmimi münasibətinizə görə hamınıza öz təşəkkürümü bildirirəm. Sizi əmin etmək istəyirəm ki, mən Heydər Əliyevin siyasi xəttinə sadiq olacağam. Biz hamımız birlikdə Heydər Əliyevin siyasətini davam etdirəcəyik.

X X X

Sonra Baş nazir İlham Əliyev Olimpiya idman kompleksinin açılışını bildirən qırmızı lenti kəsdi və kompleksin salonları, məşq otaqları ilə yaxından tanış oldu. Baş nazir cənub bölgəsində ilk idman kompleksinin ən yüksək standartlar səviyyəsində tikilib istifadəyə verilməsindən məmnunluğunu bildirdi.

Axırda incəsənət ustalarının və idmançıların çıxışları oldu.

X X X

Baş nazir İlham Əliyev daha sonra idman kompleksinin yaxınlığında inşa edilmiş müasir “Olimpik” mehmanxanası ilə tanış oldu. Azərbaycan hökumətinin başçısı bu mehmanxananın müasir tələblərə uyğun tikilməsindən və burada qonaqlar üçün yaradılmış şəraitdən razı qaldı.

X X X

Həmin gün Baş nazir İlham Əliyev Lənkəran rayonunun Sütəmurdov kəndindəki “Beta” çay fabrikində də oldu. Müəssisənin əməkçiləri Azərbaycan hökumətinin başçısını hərarətlə qarşıladılar. Baş nazirə məlumat verildi ki, fabrik Türkiyənin “Beta” şirkətlər qrupunun maliyyə vəsaiti ilə yenidən qurulmuş, genişləndirilmiş, burada müasir avadanlıq quraşdırılmışdır. Hazırda bu fabrik öz məhsullarını xaricə, o cümlədən MDB ölkələrinə də göndərir. Fabrikdə 300 nəfər işlə təmin olunmuşdur. Onun sexlərində hər gün 20 ton yaşıl çay yarpağı emal edilir. Tam xarici sərmayə hesabına genişləndirilən müəssisədə istehsalı yaxın gələcəkdə xeyli artırmaq nəzərdə tutulur. Fabriki Lənkəran rayonunun çaybecərənləri xammalla təmin edirlər.

Baş nazir İlham Əliyev fabrikin sexlərində iş prosesi ilə tanış oldu. Fəhlə və mütəxəssislərlə söhbət etdi.

X X X

Azərbaycanın Baş naziri İlham Əliyev oktyabrın 9-da Masallı və Cəlilabad rayonlarında da oldu, seçicilərlə görüşlər keçirdi.

X X X

Daxili işlər naziri Ramil Usubov, nəqliyyat naziri Ziya Məmmədov, iqtisadi inkişaf naziri Fərhad Əliyev, gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, Prezidentin İcra Aparatının şöbə müdirləri Əli Həsənov və Yusif Hümbətov, Milli Məclisin deputatları və digər rəsmi şəxslər Baş nazirlə birlikdə cənub bölgəsində olmuşlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır