Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEV TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRƏ YOLA DÜŞMÜŞDÜR

Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sentyabrın 8-də Ankaraya işgüzar səfərə yola düşmüşdür.

Baş nazir İlham Əliyev səfər zamanı Türkiyənin yüksək vəzifəli rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək, hər iki ölkəni maraqlandıran bəzi məsələlər barədə müzakirələr aparacaqdır.

***

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEVİN TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRİ

Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sentyabrın 8-də qardaş ölkəyə işgüzar səfərə gəlmişdir. Hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş Ankaranın Esenboğa hava limanında Baş nazir İlham Əliyevi Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər, Ankara valisi Yəhya Gur, Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev, Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz, ölkəmizin İstanbuldakı baş konsulu İbrahim Yaqubov və digər rəsmi şəxslər qarşıladılar.X X X Baş nazir İlham Əliyev həmin gün Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət etdi. O, böyük öndərin xatirəsinə ehtiram əlaməti olaraq, məzarın önünə əklil qoydu, xatirə kitabına ürək sözlərini yazdı. Sentyabrın 8-də Azərbaycanın Baş naziri İlham Əliyev Türkiyə Baş nazirinin müavini, xarici işlər naziri Abdullah Gül, Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər ilə görüşdü. Azərbaycanın Baş naziri İlham Əliyevin qardaş ölkəyə səfəri çərçivəsində sonuncu görüşü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla oldu. Hökumət başçılarının təkbətək söhbətindən sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirildi. Sonra Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında qarşılıqlı viza tətbiqi haqqında saziş imzalandı. Sənədi Azərbaycan tərəfdən Baş nazirin müavini Abid Şərifov, Türkiyə tərəfdən Baş nazirin müavini, xarici işlər naziri Abdullah Gül imzaladılar. İmzalanma mərasimindən sonra Azərbaycan və Türkiyənin baş nazirləri birgə mətbuat konfransı keçirdilər. Həmin gün axşam Türkiyə Baş nazirinin iqamətgahında Azərbaycanın Baş naziri İlham Əliyevin şərəfinə rəsmi şam yeməyi verildi. Səfər çərçivəsində dostluq və mehribanlıq şəraitində keçən görüşlərdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsi, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin həyata keçirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, habelə ölkələrimizi maraqlandıran bir sıra başqa məsələlər barədə geniş fikir mübadiləsi aparılmışdır. Baş nazir İlham Əliyev həmin gün gecə Bakıya qayıtmışdır.

***

TACİKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB EMOMƏLİ RƏHMONOVA

Hörmətli Emoməli Şaripoviç,

Tacikistan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Tacikistan xalqını ürəkdən təbrik edirəm. Tacikistan müstəqilliyin çətin yollarından keçərək bu gün siyasi sabitliyə, iqtisadi yüksəlişə, demokratik dəyişikliklərə nail olmuşdur. Əminəm ki, Azərbaycan ilə Tacikistan arasındakı çoxəsrlik tarixi ənənələri olan dostluq və əməkdaşlıq münasibətləri bu gün yeni məzmun kəsb edərək xalqlarımızın mənafeyi, regionumuzda sülh və təhlükəsizlik naminə daim inkişaf edəcəkdir. Hörmətli Emoməli Şaripoviç, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tacikistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

1 sentyabr 2003-cü il.

***

KOREYA XALQ DEMOKRATİK RESPUBLİKASI MÜDAFİƏ KOMİTƏSİNİN SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB KİM ÇEN İRƏ

Hörmətli cənab Sədr,

Ölkənizin milli bayramı - Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.Ümidvaram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcəkdir.Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

1 sentyabr 2003-cü il.

***

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ

Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Milli Məclisinin qərarını böyük məmnunluqla alqışlayır və Sizi belə yüksək vəzifəyə - ölkənin Baş naziri vəzifəsinə təsdiq olunmağınız münasibətilə təbrik edirəm. Əminəm ki, bu, müdrik Prezident Heydər Əliyevin on illər ərzində yaratdığı xəttin davam etdirilməsinə kömək edəcəkdir. Gürcüstanda dərindən inanırlar ki, Siz Dahi Atanızın layiqli varisisiniz və Azərbaycanın nurlu gələcəyi Sizinlə bağlıdır.

Dərin hörmətlə və ən xoş arzularla,

Nikolay Lekişvili

Gürcüstan parlamentinin deputatı.

***

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ

Hörmətli İlham Heydər oğlu!

Yüksək dövlət vəzifəsinə - Azərbaycanın Baş naziri təyin olunmağınız münasibətilə Sizi Moskva hökuməti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan Prezidentinin apardığı ölçülüb-biçilmiş və konstruktiv siyasət, əvvəllər olduğu kimi, yenə də əməli məzmunla – Moskvanın da özünü aid etdiyi tərəfdaşlarla əməkdaşlıqla fəal surətdə dolğunlaşacaqdır. Ümidvaram ki, çoxşaxəli və qarşılıqlı surətdə faydalı əlaqələrin inkişaf etdirilməsi haqqında əvvəllər əldə olunmuş razılaşmaların həyata keçirilməsi sahəsində birgə səylərimiz iqtisadi firavanlığın möhkəmlənməsi, sakinlərimizin rifahının yüksəlməsi yolunda irəliləyişə yeni təkan verəcəkdir. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, məsul işinizdə böyük uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

Yuri Lujkov,

Moskva şəhərinin meri.

Moskva, 7 avqust 2003-cü il.

***

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ

Zati-aliləri,

Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Misir xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaqdan çox məmnunam. Cənab Baş nazir, əminəm ki, ölkələrimiz arasında mövcud olan gözəl ikitərəfli münasibətlər gələcəkdə xalqlarımızın rifahı və tərəqqisi naminə daha da möhkəmlənəcək və əməkdaşlığımız genişlənəcəkdir. Eyni zamanda, bu fürsətdən istifadə edərək, yeni işinizdə Sizə böyük uğurlar, dost Azərbaycan xalqına isə tərəqqi və əmin-amanlıq arzulayıram. Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Doktor Atif Ubeyd,

Misir Ərəb Respublikasının Baş naziri.

***

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ

Zati-aliləri,

Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf hissi duyuram. İllər boyu ölkələrimiz arasında dostluq münasibətləri müxtəlif sahələrdə inkişaf etmişdir. Çox ümidvaram ki, fəaliyyətiniz dövründə bu səmimi münasibətlər xalqlarımızın rifahı naminə daha da canlanacaqdır. Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edir və gələcək işlərinizdə Sizə ən xoş diləklərlə böyük uğurlar arzulayıram.

Meqavati Sukarnoputri,

İndoneziya Respublikasının Prezidenti.

***

XALQ YAZIÇISI RƏSUL HƏMZƏTOVA

Çox hörmətli Rəsul Həmzətoviç!

Sizi – müasir ədəbiyyatın görkəmli xadimini 80 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram. İnsanlara hədsiz məhəbbətlə dolu, incə lirizm və milli kolorit aşılanmış bütün yaradıcılığınız dərin fəlsəfi məna və məzmun daşıyır. Sizin yaradıcılığınız həm özünün rəngarəngliyi ilə, həm də zəmanənin sosial problemlərini böyük söz sənətinin yüksək tələbləri ilə əlaqələndirməsi baxımından insanların qəlbini fəth edir. Poeziyanızda təcəssümünü tapan ümumbəşəri dəyərlər belə mürəkkəb dövrdə yaşayan bizim hamımızı, şübhəsiz ki, bir-birinə yaxınlaşdırır, mədəniyyətlərin və xalqların dialoquna təkan verir. Artıq tarixə qovuşmuş XX əsri Sizin yaradıcılığınızı, şerlərinizin emosional vüsətini nəzərə almadan təsəvvür etmək çətindir. Böyük humanizm ruhu ilə aşılanmış poeziyanız, əlbəttə ki, Sizin bənzərsiz şəxsiyyətinizin inikasıdır. Avar xalqı Sizinlə, eləcə də, bir çox digər xalqların da Sizi öz doğması kimi qəbul etməsi ilə haqlı olaraq fəxr edir. Bizim ölkəmizdə Sizin yaradıcılığınız müasir insanın mənəvi aləmi haqqında təsəvvürlərimizi zənginləşdirmiş parlaq fenomen kimi qiymətləndirilir. Pərəstişkarlarınızın məhəbbət və ehtiramı xeyli dərəcədə həm də onunla əlaqədardır ki, Sizin bir çox şerlərinizdə Azərbaycanla və onun paytaxtı Bakı ilə bağlı ülvi hisslər öz əksini tapmışdır. Eyni zamanda, Azərbaycanın mədəniyyət xadimləri də Sizin yaradıcılığınıza dəfələrlə müraciət edərək, ondan ilham almışlar. Əziz Rəsul! Xalqlarımızın mənəvi birliyi Sizin bütün poeziyanızda gözəl əks olunmuşdur. Siz Azərbaycan və Dağıstan xalqları arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsi üçün xeyli səylər göstərmisiniz. Ümidvaram ki, Sizin parlaq istedadınız və çox böyük fitri müdrikliyiniz bundan sonra da bizim hamımızı sevindirəcəkdir.

Ən xoş arzularla,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

8 sentyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir