Azərbaycanın cüdo üzrə yığması Avropa Kubokunun iki bürünc medalını qazanmışdır
Bakı, 10 may (AZƏRTAC). Azərbaycanın cüdo üzrə yığması oğlanlar və qızlar arasında Berlində keçirilmiş Avropa Kuboku yarışlarında iki bürünc medal qazanmışdır. 60 kiloqram çəki dərəcəsində uğurla mübarizə aparan Rəşad Rufullayev yarımfinalda rusiyalı Eldar Qazıməhəmmədova uduzmuş, təsəlliverici finalda Rusiyanın digər idmançısı Oleq Sanini məğlub etmişdir.
Mixail Ananyev 66 kiloqram çəki dərəcəsində yarımfinala çıxmış, bu mərhələdə rusiyalı Ramazan Qocayevə uduzmuş, təsəlliverici qarşılaşmada isə israilli Yevgeni Şolosa qalib gəlmişdir.
Azərbaycan yığması ümumi hesabda onuncu yeri tutmuşdur. Qələbəni isə hesabında altı qızıl, səkkiz gümüş və on bir bürünc medal olan Rusiya yığması bayram etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]