Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın “dəniz gücü”: ənənə və XXI əsrin tələbləri səviyyəsində inkişaf (I hissə)

Azərbaycanın “dəniz gücü”: ənənə və XXI əsrin tələbləri səviyyəsində inkişaf (I hissə)

Ötən ilin dekabr ayının 13-də Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunun mütəxəssisləri tərəfindən inşa olunan “Laçın” adlı ilk neft tankerinin istismara verilməsi və “Azərbaycan” gəmi-bərəsinin suya salınması mərasimində iştirak edib. “Laçın” tankerinin uzunluğu 141 metr, eni 16,9 metr, ağırlığı isə 7875 tondur. O, Azərbaycan tarixində bir ilkdir. 4-5 min tondan artıq yüklə Volqa-Don kanalından keçə bilir. İlk sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyan “Ro-Pax2 tipli “Azərbaycan” gəmi-bərəsi, eləcə də hazırda inşası davam edən daha 1 ədəd eyni tipli gəmi-bərə “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə kimi qiymətləndirilir. Təsadüfi deyil ki, sözügedən mərasimdə çıxışı zamanı ölkə rəhbəri vurğulayıb: “İndi bizə lazım olan bütün gəmilər Azərbaycanda istehsal edilə bilər. Tarixdə ilk dəfə həm tanker, həm də ki, gəmi-bərə tikilib”. Bu tezis bir yeniliyi ifadə edir. Prezident lakonik şəkildə Azərbaycanın “dəniz gücü”nün imkanlarından birini dəqiq ifadə edib. Bu kontekstdə əlamətdardır ki, Azərbaycan Xəzər dənizində 200-dən çox gəmisi olan ən böyük donanmaya malik ölkədir. XXI əsrin geosiyasi tələbləri və müstəqil dövlət quruculuğu prosesinin özəllikləri baxımından məsələnin bu tərəfinin üzərində geniş dayanmağa ehtiyac görürük. Onu silsilə xarakterli iki məqalədə reallaşdırmağa çalışacağıq.

Dəniz faktorunun beynəlxalq əhəmiyyəti: ənənədən müasirliyə

İndiki tarixi mərhələdə dövlət quruculuğu olduqca məsuliyyətli və mürəkkəb prosesdir. İstənilən müstəqil dövlətin fəaliyyətinə daxili və xarici mühitdən qaynaqlanan faktorlar təsir edir. Hazırda bəşəriyyət özünün maraqlı bir təkamül mərhələsində olmaqla yanaşı, meydana müxtəlif xarakterli problemlər də çıxarır. Onlar, adətən, öncədən proqnozlaşdırılması çətin olan risklərlə bağlı olur. Belə bir şəraitdə suveren və müstəqil dövlətçiliyin qurulmasının başqa cəhəti ciddi rəqabətin olmasıdır. Məsələnin bu tərəfi indi o dərəcədə önəm kəsb edir ki, mütəxəssislər onu kənara qoya bilmirlər. Bütövlükdə dövlət quruculuğu sistemli fəaliyyət tələb edir. Bu istiqamətdə dövlətin gücünü xarakterizə edən sferaların xüsusi əhəmiyyəti vardır.

Biz geosiyasi güc modellərinin dövlətlərin həyatında oynadığı rolu nəzərdə tuturuq. Məsələn, “quru gücü” və ya “dəniz gücü” kimi faktorlar milli dövlətlərin fəaliyyətində hansı rolu oynayırlar? Bu məsələ hazırda nəzəri ilə yanaşı, həm də praktiki əhəmiyyəti olan faktorlar sırasına daxildir. Xüsusilə "dəniz gücü" deyilən amilin vacibliyi daha da artıb. Buna qlobal və regional proseslərin prizmasından daha çox əmin olmaq mümkündür. Məsələn, indi ekspertlər ABŞ və Çinin Cənubi Çin dənizi məkanındakı rəqabətindən dünya ticarəti kontekstində çox yazırlar. Bu qarşıdurmada Vyetnam, Malayziya, Filippin və Bruneyin də iştirak etdiyi vurğulanır. Hansı səbəblərdən bu dəniz yolu dünyanın ən güclü dövlətlərinin toqquşma yeri olub?

Mütəxəssislər bu prosesi XIX əsrin sonu - XX əsrin əvvəllərində Qara dəniz boğazlarının yaratdığı dünya böhranı ilə müqayisə edirlər. Yəni həmin dövrdə də dəniz hökmranlığı o dərəcədə əhəmiyyət kəsb edib ki, dünyanın böyük dövlətləri onun uğrunda amansız mübarizəyə giriblər. Əslində, bu problemin nəzəri tərəfi Amerika geosiyasi məktəbinin əsas yaradıcılarından hesab olunan Alfred Mehenin “Dəniz hökmranlığı” konsepsiyasının başlıca prinsiplərində öz əksini tapıb. Biz bir qədər sonra həmin konsepsiya üzərində dayanacağıq. Burada onu vurğulayaq ki, bir neçə ölkənin Cənubi Çin dənizi regionunda maliyyə imkanları və yeni iqtisadi üstünlüklər uğrunda mübarizəyə girişməsi dünya ticarətinin dinamikası ilə sıx bağlıdır.

Ekspertlərin təhlilləri göstərir ki, Cənubi Çin dənizi ilə bağlı yaranmış məsələdə ölkələr bir-birini BMT-nin 1982-ci ildə qəbul etdiyi dəniz hüququ haqqındakı konvensiyasının tələblərini pozmaqda ittiham edirlər. Bunun arxasında isə dünya dəniz ticarətinin 40 faizinin Cənubi Çin dənizindəki keçidlər və Malakka buxtası vasitəsi ilə aparılması dayanır. Konkret Çinin isə xarici ticarətinin 60 faizi Cənubi Çin dənizi vasitəsi ilə həyata keçir. Bu faktların fonunda rəsmi Pekinin “Yeni İpək Yolu” layihəsinin mühüm bir hissəsini “Dəniz İpək Yolu” adlandırmasının səbəbi aydın nəzərə çarpır. Dəniz ticarəti yalnız Çin üçün deyil, dünyanın bütün suveren ölkələri üçün strateji əhəmiyyət kəsb edir. Bu kiçik izah kifayətdir ki, dənizə çıxışı olan hər bir müstəqil dövlət üçün dəniz yolları və ticarətinin əhəmiyyətini anlaya bilək. O cümlədən müstəqil dövlət quruculuğunda böyük uğurlar əldə edən Azərbaycan üçün məsələnin vacibliyinin taktiki və strateji əhəmiyyəti dərk edilməlidir. Bunun daxili, regional və qlobal kontekstdə konkret qiymətini də müəyyən etmək çətin deyil.

“Dəniz gücü” nəzəriyyəsi və Azərbaycan: Realpolitik müstəvisində reallaşan proqramlar

Daxili şərtlər prizmasından baxdıqda, Azərbaycanın dənizdə üstün mövqeyə sahib olmaqla iqtisadi, enerji, humanitar, ekoloji və müdafiə aspektlərində geniş imkanlar əldə etdiyi indi daha aydın sezilir. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi həm də bu kontekstdə önəm daşıyır. Deməli, müstəqil dövlət quruculuğunun daxili şərtlərinə görə "dəniz gücü" Azərbaycan üçün çox lazımdır.

Regional miqyasda da məsələnin strateji əhəmiyyəti məlumdur. Xəzər hövzəsi geosiyasi cəhətdən əhəmiyyətli məkan sayılır. Təhlükəsizliyin təmini baxımından Qafqazla Mərkəzi Asiyanı birləşdirən başlıca coğrafi məkandır. Enerji sferasında əməkdaşlığın çox əhəmiyyətli və strateji mənası olan yeridir. Nəhayət, burada böyük dövlətlərin geosiyasi təsir dairələrini genişləndirmək uğrunda böyük mübarizəsi gedir. Bu şərtlər Xəzər hövzəsində yerləşən hər bir müstəqil dövlətin dəniz gücünü rəqabətə davam gətirə biləcək səviyyədə formalaşdırması zərurətini ortaya qoyur. Bu müddəa məsələnin həm də qlobal miqyasda əhəmiyyətini anlamağa yol açır.

Yəni qlobal miqyasda Azərbaycanın səmərəli dəniz gücünə malik olması prinsipial əhəmiyyət kəsb edir. Ticarət baxımından bu, “Yeni İpək Yolu” layihəsi çərçivəsindəki “Dəniz İpək Yolu” xəttinin mühüm punktlarından birinin Xəzər dənizi olması ilə izah olunur. Azərbaycan isə Cənubi Qafqazda bu yolun başlıca qovşağıdır. Elə bir nəqliyyat-ticari qovşaq ki, “Şərq-Qərb” və “Şimal-Cənub” tranzit arteriyasının necə işləməsi birbaşa Azərbaycandakı infrastrukturdan asılıdır. Eyni zamanda, yüksək səviyyədə dəniz gücü tarixən mürəkkəb geosiyasi dinamikaya malik olan Xəzər dənizi bölgəsində enerji təhlükəsizliyini təmin etmək üçün çox vacibdir. Azərbaycan özünün dəniz gücünü bu missiyanı yerinə yetirməyi hesablayaraq formalaşdırır. Başqa vacib faktor Azərbaycanın inkişaf etmiş yükdaşıma imkanına (o cümlədən infrastruktura) malik olması ehtiyacı ilə əlaqəlidir. Nəhayət, Azərbaycan dövlət sərhədlərini dənizdən etibarlı qorumaq üçün güclü hərbi dəniz qüvvələrinə və inkişaf etmiş infrastruktura malik olmalıdır. Bunu təmin etmək üçün dəniz ticarətinin yüksək səviyyədə qalmasına imkan verən sosial, iqtisadi, ekoloji, ticari potensialı hərbi müdafiə imkanları ilə üzvi surətdə birləşdirmək lazımdır.

Bu geosiyasi tezislərə A.Mehenin “Dəniz gücü” konsepsiyası nöqteyi-nəzərindən diqqət yetirsək, onların əhəmiyyətini daha dərindən dərk edə bilərik. A.Mehenin konsepsiyasının əsas prinsipləri içərisində “dəniz maneə deyil, yoldur”, “dənizə sahib olmaq işi həll edir”, “dəniz gücü dənizə sahib olmanın yoludur”, “dəniz gücünün əsası qurudadır” və “bütün sahillərin müdafiəsi rəqibin sahillərindən başlayır” kimi maraqlı müddəalar vardır. Bu prinsiplərin təxminən XIX əsrin sonlarında formalaşdırılmasına baxmayaraq, onlar XXI əsrdə də öz aktuallığını qoruyub saxlayırlar. Onları bir cümlədə yığcam ifadə etmək olar: dəniz - başlanğıcı quruda olan və dövlətin iqtisadi-ticari inkişafına, təhlükəsizliyinin təmininə ciddi təsir edən faktordur. Dövlətin dənizə sahib olmaq şansı qurudakı infrastrukturundan qaynaqlanır, dənizə sahibliyinin hüquqiliyi ilə təsdiqlənir və oradakı nəqliyyat intensivliyi ilə sıx bağlıdır.

Vurğulanan məqamların fonunda Azərbaycanın “dəniz gücü”nün özəllikləri dövlətçilik aspektində ciddi əhəmiyyət kəsb edir. Bu kontekstdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ölkənin dəniz gücünün inkişafında şəksiz vacib faktor hesab olunur. Bu struktur 2013-cü ildə respublikada mövcud olan iki böyük donanma - Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilməsi əsasında yaradılıb. Azərbaycanda gəmiçiliyin əsası 1858-ci ildə “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub. Ən yeni texnoloji standartlar səviyyəsində gəmiqayırma zavodunun və Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi mühüm məqamdır. Bu faktların fonunda Bakı-Tbilisi-Qars dəmiryolunun reallaşması Azərbaycanın dənizə sahib olmaq potensialının qurudan başladığını təsdiq edən faktordur. Bütövlükdə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" bu gün beynəlxalq tələblərə uyğun dəniz nəqliyyatı xidmətlərini gerçəkləşdirir. Bu işdə qurum 160 illik zəngin təcrübəsinə əsaslanır və eyni zamanda, hazırda həyata keçirilən məqsədyönlü strateji planın uğurla reallaşdırılmasına dəyərli töhfələr verir.

Qeyd edilən kontekstdə gəmiçiliyin donanmasında gəmilərin sayının getdikcə artması vacib faktdır. Təsadüfi deyil ki, hazırda Xəzər hövzəsində ən böyük mülki donanmaya malik qurum "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"dir. Onun tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları da daxildir.

Newtimes.az 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu