AZƏRBAYCANIN DİPLOMATİK XİDMƏT ORQANLARININ RƏHBƏRLƏRİ FÜZULİ RAYONUNA GETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası diplomatik xidmət orqanları rəhbərlərinin üçüncü müşavirəsinin sonuncu günündə - iyulun 11-də iştirakçılar Füzuli rayonuna yola düşmüşlər.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və diplomatlar əvvəl Horadiz şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər.
Sonra səfirlər Füzuli rayonunun Zobucuq qəsəbəsində məcburi köçkünlər üçün salınmış ikinci qəsəbəyə baş çəkmiş, sakinlərin yaşayış şəraiti ilə tanış olmuşlar. Diplomatlara məlumat verilmişdir ki, burada 2104 ailənin məskunlaşdığı 5 yeni qəsəbə salınmışdır.
İkinci qəsəbədəki məktəblə də tanış olan səfirlər burada şagirdlərin əl işlərindən ibarət sərgiyə baxmışlar. Qəsəbədəki məktəblərin hər birinə 5 televizor və digər qiymətli hədiyyələr verilmişdir.
Qəsəbə sakinləri onlar üçün yaradılmış şəraitə görə dövlətimizin
başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Səfirlər, həmçinin Zobucuq qəsəbəsinin tikintisi zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələrinə baxmışlar.
Əli Həsənov bildirmişdir ki, səfirlər bura Prezident İlham Əliyevin tapşırığına əsasən gəlmişlər. Bu görüş Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]