Azərbaycanın mədəniyyət və incəsənət ustaları Hyuston Beynəlxalq festivalında uğurla çıxış etmişlər
Bakı, 12 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi, mayın 5-dən 9-dək ABŞ-ın Hyuston şəhərində Hyuston Beynəlxalq festivalı keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan mədəniyyət və incəsənət ustaları bu beynəlxalq musiqi bayramında böyük uğurla çıxış edərək festivalın ən yaddaqalan iştirakçılarından birinə çevrilmişlər.
Festival çərçivəsində müxtəlif vaxtlarda, müxtəlif səhnələrdə çıxış edən Azərbaycan Dövlət Rəqs Ansamblı və muğam dördlüyü nümayiş etdirdikləri rəqs nömrələri və gözəl muğam ifaları ilə geniş tamaşaçı kütləsini öz ətraflarına toplaya bilmişlər. İncəsənət ustalarımızın hər bir çıxışı amerikalı tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Tarixi İpək Yolunun keçdiyi və Hyuston şəhərinin qardaşlaşdığı bir çox ölkə və şəhərlərin nümayəndələrinin iştirakı ilə açıq havada təşkil olunmuş festivalın sonunda müvəffəqiyyətli çıxışına görə Azərbaycan nümayəndə heyətinə diplom təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]
Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə
- 09.09.2026 [10:33]
Aleksandr Şarovski - görkəmli teatr xadimi, böyük ustad
- 08.09.2026 [22:07]