Azərbaycanın müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çex Respublikasına səfəri çərçivəsində bu ölkənin iri sənaye holdinqi - “Czechoslovak Group”un rəhbərliyi ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, holdinqə daxil olan müdafiə sənayesi şirkətlərinin fəaliyyəti və onların istehsal etdikləri məhsullar barədə brifinqlər təqdim olunub.