Azərbaycanın Müdafiə naziri NATO Baş katibinin müavini ilə görüşüb
Bakı, 25 oktyabr, AZƏRTAC
Brüsselə səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də NATO Baş katibinin müavini Mirça Coane ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tərəflər Azərbaycan-NATO əməkdaşlığı və perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi aparıblar. M.Coane Azərbaycanın NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına, habelə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə minnətdarlığını bildirib, hərbi təhsil sahəsində və uyarlılıq platformasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində Azərbaycanın fəallığını yüksək qiymətləndirib.
Azərbaycanın Müdafiə naziri NATO-nun ölkəmizin ərazi bütövlüyünə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]
Müdafiə Nazirliyinin rəhbərliyi təlimdə məşqlərin gedişatını izləyib VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]