İDMAN
Azərbaycanın qadın qılıncoynadanları dünya kubokunun komanda yarışında on birinci olublar
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycanın qadınlardan ibarət sablya üzrə milli komandası Fransanın Orlean şəhərində keçirilən komandaların yarışında çıxış edib.
AZƏRTAC xəbər verir ki, ilk görüşündə Honkonq yığmasına 45:38 hesabı ilə qalib gələn sablyaçılarımız 16 ən güclü komanda sırasına yüksəlib. Onaltılıqda Fransa yığması ilə qarşılaşan komandamız güclü rəqibinə 34:45 hesabı ilə uduzub. Sablyaçılarımız 9-16-cı yerlər uğrunda görüşdə Yaponiyaya 45:39 hesabı ilə qalib gəlsə də, 9-10-cu yerlər üçün görüşdə ABŞ komandasına 35:45 hesabı ilə uduzub. Anna Başta, Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakovadan ibarət kollektiv onbirinci yer uğrunda görüşdə Almaniya yığmasını 45:38 hesabı ilə məğlub edib.