Azərbaycan boksçusu Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb
Bakı, 24 may, AZƏRTAC
Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya Təsnifat turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin heyətində Şamil Əsgərov mübarizəyə qoşulub.
57 kiloqram çəkidə qüvvəsini sınayan boksçu 1/32 finalda Sinq-Yu Tso (Honkonq) ilə qarşılaşıb. Döyüş Ş.Əsgərovun 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb.
O, ikinci görüşündə ilk mərhələdən azad olan Rujakran Jantronqla (Tailand) üz-üzə gələcək. Döyüş mayın 28-də olacaq.
Qeyd edək ki, yarışda Azərbaycan milli komandası 9 boksçu ilə təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]