Avropa çempionatı: Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə başlayırlar
Bakı, 24 may, AZƏRTAC
Bakıda keçirilən U-23 Avropa çempionatında bu gün Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə start verəcəklər.
AZƏRTAC xəbər verir ki, Elman Ağayev (57 kiloqram), Musa Ağayev (65 kiloqram), Kənan Heybətov (70 kiloqram), Əli Tsokayev (79 kiloqram) və Rəvan Musayev (97 kiloqram) yarışa təsnifat mərhələsindən başlayacaqlar.
Bu gün, həmçinin qadın güləşçilərdən Elnurə Məmmədova (53 kiloqram) və Jalə Əliyeva (57 kiloqram) qızıl, Mərziyyə Sadıqova (72 kiloqram) isə bürünc medal uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, Avropa çempionatının ilk 4 günündə Azərbaycan ümumilikdə 9 medal qazanıb. Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Ruzanna Məmmədova (59 kiloqram) isə bürünc medala yiyələniblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]