Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında yaxşı nəticələr göstərirlər
Bakı, 16 may (AZƏRTAC). Gürcüstanın paytaxtı Tbilisi şəhərində qadınlar arasında şahmat üzrə sayca 12-ci Avropa çempionatı (İsveçrə sistemi, 11 tur) keçirilir. Qitə birinciliyində 132 idmançı, o cümlədən Azərbaycanın 14 şahmatçısı iştirak edir.
AZƏRTAC xəbər verir ki, 7 turdan sonra Viktoriya Çmilite (Litva) və Bela Xotenaşvili (Gürcüstan) hərəyə 6 xal toplamışlar. Yekaterina Laqno (Ukrayna), Piya Kramlinq (İsveç) və Lela Cavaxişvili (Gürcüstan) liderlərdən yarım xal geri qalırlar. Azərbaycan şahmatçıları Nərmin Kazımova və Xəyalə Abdullanın hərəyə 4,5, Xəyalə İskəndərovanın 4, Zeynəb və Türkan Məmmədyarov bacılarının, habelə Səbinə İbrahimovanın hərəyə 3,5 xalı vardır.
Avropa çempionatının 8-ci turunda N.Kazımova - S.Qaramişvili (Gürcüstan), X.Abdulla - K.Nemtsova (Çexiya), X.İskəndərova - İ.Çarkalaşvili (Gürcüstan), Z.Məmmədyarova - S.İbrahimova (hər ikisi Azərbaycan), T.Məmmədyarova - A.Kuçava (Gürcüstan) və digər qarşılaşmalar olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]