İQTİSADİYYAT
Azərbaycanın rabitə və yüksək texnologiyalar sektorunda işgüzar mühit yaradılıb
“Azərbaycanda rabitə və yüksək texnologiyalar sektoru üzrə yaradılmış işgüzar mühit” mövzusuna həsr olunmuş tədbirə Rabitə və Yüksək Texnologiyalar və Vergilər nazirliklərinin, Mərkəzi Bankın, özəl sektorun nümayəndələri qatılacaqlar.
AmCham-dan AZƏRTAC-a bildirilib ki, interaktiv formatda keçirilən konfransda yüksək texnologiyalar sahəsinin inkişaf perspektivləri müzakirə ediləcək, həyata keçirilən layihələrə bağlı təqdimatlar olacaq və İKT sahəsi üzrə digər ölkələrin uğurlu təcrübələri öyrəniləcək.
Konfrans çərçivəsində “Rabitə, yüksək texnologiyalar və “Elektron hökumət”in ölkənin inkişafında rolu”, “Yüksək texnologiyalarda Azərbaycanın insan resurslarının potensialı”, “Yüksək texnologiyalara dair məhsulların stimullaşdırılması”, “Yüksək texnologiya və maliyyə qrupları arasında imkanlar və dilemmalar” mövzularında sessiyalar təşkil ediləcək.