Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq hüququn prinsiplərinə uyğun hazırlanıb
Bakı, 29 yanvar, AZƏRTAC
Fevralın 9-da keçiriləcək parlament seçkiləri Azərbaycanın növbəti demokratik seçki nümunələrindən biri olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Secki-2020.az saytına açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, Azərbaycanın demokratik seçkilər keçirmək üçün zəngin təcrübəsi mövcuddur.
“Müstəqilliyimizin bərpasından sonra ölkəmizdə çoxsaylı seçkilər keçirilib və Azərbaycanın təcrübəsi seçkidən-seçkiyə zənginləşib. Bu gün Azərbaycanın seçki təcrübəsi müxtəlif ölkələr tərəfindən öyrənilir. Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq hüququn prinsiplərinə uyğun hazırlanıb”, - deyə politoloq vurğulayıb.
M.Əhmədoğlu Azərbaycanda peşəkar, təcrübəli seçki administrasiyasının fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, istər səsvermə prosesi, istərsə də səslərin dəqiq sayılması peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir. Bütün bunlar parlament seçkilərinin şəffaf və demokratik keçəcəyini deməyə əsas verir.
Politoloq parlament seçkilərində çoxsaylı namizədin iştirakının demokratik seçki mühitinin göstəricisi olduğunu qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]