Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın sosial siyasətində dinamik artım və yeni perspektivlər TƏHLİL

Azərbaycanın sosial siyasətində dinamik artım və yeni perspektivlər TƏHLİL

Bakı, 28 noyabr, Hikmət Əhmədov, AZƏRTAC

Azərbaycan dövləti həm daxildə, həm də beynəlxalq arenada əldə etdiyi uğurları ilə diqqət mərkəzindədir. Ölkə ərazi bütövlüyünü bərpa edərək beynəlxalq hüququ və ədaləti təsdiqləməklə, güclü dövlətçilik nümunəsi göstərib. Bununla yanaşı, Azərbaycan mərkəzində vətəndaş amilinin dayandığı sosial siyasəti ilə də seçilir. Prezident İlham Əliyevin "Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır" fikri, dövlətin sosial siyasətinin əsas istiqamətlərini tam şəkildə əks etdirir.

AZƏRTAC son illərdə Azərbaycanın sosial siyasətində əldə edilən mühüm irəliləyişləri təsdiqləyən bəzi göstəriciləri oxucuların diqqətinə çatdırır.

Sosial dəyişikliyə yol açan statistik göstəricilər

Son illərdə Azərbaycanda həyata keçirilən sosial proqramlar dövlətin bu sahəyə verdiyi önəmin əyani göstəriciləridir:

• Minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb.

• Orta aylıq pensiya ümumi göstəricilərdə 2,4 dəfə artaraq 208 manatdan 494 manata yüksəlib.

• Yaşa görə orta aylıq pensiya 2,3 dəfə artırılaraq 234 manatdan 527 manata çatıb.

• Müavinətlərin və təqaüdlərin ümumi məbləği 5 dəfə artaraq 400 milyon manatdan 1,9 milyard manata çatdırılıb.

• Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) üzrə orta məbləğ 2,7 dəfə artırılaraq 175 manatdan 468 manata yüksəlib.

• Yaşayış minimumu 56 faiz artaraq 173 manatdan 270 manata çatdırılıb.

• Ehtiyac meyarı isə 2,1 dəfə artaraq 130 manatdan 270 manata çatıb.

Bu statistik göstəricilər Azərbaycanın sosial siyasətinin mərkəzində vətəndaş rifahının dayandığını aydın şəkildə nümayiş etdirir. Dövlətin həyata keçirdiyi irimiqyaslı tədbirlər yalnız maddi dəstəklə məhdudlaşmır, eyni zamanda, vətəndaşların həyat keyfiyyətini artırmaq, onların sosial təminatını gücləndirmək və iqtisadi fəallığını dəstəkləmək məqsədini daşıyır. Hər bir artım rəqəminin arxasında sosial ədalət prinsiplərinə əsaslanan, vətəndaşların rifahını ön planda tutan bir siyasət dayanır.

Məsələn, minimum pensiyanın 2,5 dəfə artırılması, xüsusilə yaşlı nəslin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir, orta aylıq pensiyaların və müavinətlərin əhəmiyyətli dərəcədə yüksəldilməsi isə bu sahədəki uzunmüddətli problemlərin həlli istiqamətində atılan mühüm addımdır. Ünvanlı sosial yardımların orta məbləğinin dəfələrlə artırılması və ehtiyac meyarının yüksəldilməsi kimi tədbirlər isə sosial həssas təbəqələrin yaşayış şəraitini yaxşılaşdırmaq və onları daha layiqli həyat səviyyəsinə çatdırmaq məqsədini daşıyır.

Bu rəqəmlər yalnız maliyyə göstəricilərini deyil, həm də dövlət-vətəndaş münasibətlərində güvən və sosial harmoniyanın gücləndirilməsi istiqamətində əldə edilən uğurları əks etdirir. Azərbaycan dövləti vətəndaşlarına verdiyi bu dəstək vasitəsilə onların rifahını təmin etməklə yanaşı, sosial inteqrasiyanı sürətləndirir, vətəndaş cəmiyyətinin daha da güclənməsinə zəmin yaradır. Beləliklə, dövlətin sosial siyasətinin əsas prioriteti olan vətəndaş rifahı yalnız cari dövrün deyil, gələcək illərin də əsas strategiya xəttini təşkil edir.

Postmüharibə dövründə sosial siyasətin genişləndirilməsi

Vətən müharibəsi Azərbaycanın müasir tarixinə Qələbə dastanı yazmaqla yanaşı, böyük sosial çağırışları da gündəmə gətirdi. Dövlətimiz postmüharibə dövründə sosial siyasətini genişləndirərək bu sahədə bir sıra mühüm nailiyyətlər əldə edib:

• 130 min unikal şəxsə ümumilikdə 363 min xidmət göstərilib.

• Müavinət və təqaüdlərin məbləği orta hesabla 2 dəfəyədək artırılıb.

• Şəhid ailələrinin üzvlərinə (8818 nəfər) 17 min 405 xidmət göstərilib.

• Müharibə əlillərinə (4182 nəfər) 8364 xidmət təqdim olunub.

• 2021-ci ildən bəri 6326 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan şəxslərə təqdim edilib (indiyədək 16 min mənzil).

• Müharibə əlillərinə 7700 avtomobil, o cümlədən son iki ildə 528 avtomobil təqdim olunub.

• 12,1 min nəfər özünüməşğulluq proqramına cəlb edilib, 1014 nəfər peşə hazırlığı kurslarına qatılıb.

• 490 hərbçiyə yüksək texnologiyalı protezlər, 2232 müharibə əlilinə isə 61,1 min reabilitasiya vasitəsi təqdim olunub.

Bu tədbirlər müharibədən təsirlənən ailələrin sosial adaptasiyasını təmin etməklə yanaşı, onların cəmiyyətə tam inteqrasiyasını və maddi-mənəvi dəstəyin ən yüksək səviyyədə göstərilməsini təmin edir. Şəhid ailələri və müharibə əlilləri üçün həyata keçirilən genişmiqyaslı mənzil, avtomobil, reabilitasiya və sosial-psixoloji dəstək proqramları bu qrupların həyat keyfiyyətini yüksəltməklə yanaşı, dövlətin onlara olan xüsusi qayğısını da əks etdirir. Bu tədbirlər təkcə iqtisadi yardımlarla məhdudlaşmır, həm də onlara yeni imkanlar yaradır, özünüməşğulluq proqramları və peşə hazırlığı kimi layihələr vasitəsilə həmin şəxslərin müstəqil həyatlarını daha da möhkəmləndirir. Dövlətin bu sahədəki davamlı və qətiyyətli addımları müharibədən təsirlənən hər bir fərdin həyatında əsl sosial ədalətin təmin olunmasını hədəfləyir.

2025-ci ilin Dövlət büdcəsi: Sosial siyasətdə yeni perspektivlər

Azərbaycan dövlətinin sosial siyasətdəki gələcək hədəfləri 2025-ci ilin büdcə layihəsində geniş şəkildə əksini tapıb. Milli Məclisdə ətraflı müzakirə edilən bu büdcə layihəsi ölkənin sosial rifahını daha da yaxşılaşdırmaq, iqtisadi dayanıqlığı təmin etmək və vətəndaşlara yönəlik siyasəti gücləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Layihədə sosial təminatdan tutmuş məşğulluq və idarəetmə islahatlarına qədər bir çox prioritetlər nəzərə alınıb.

Sosial təminatın gücləndirilməsi: Büdcədə həssas qruplara, şəhid ailələrinə və müharibə əlillərinə yönəlmiş proqramların miqyasının daha da genişləndirilməsi planlaşdırılır. Bu, yalnız maddi dəstək tədbirləri ilə məhdudlaşmır, həm də onların yaşayış şəraitini yaxşılaşdırmağa, cəmiyyətə inteqrasiyasını artırmağa xidmət edir. Yeni mənzillərin, avtomobillərin və reabilitasiya vasitələrinin təmin edilməsi, eləcə də sosial-psixoloji dəstək xidmətlərinin genişləndirilməsi bu sahədə dövlətin vətəndaş mərkəzli yanaşmasının davamıdır.

Məşğulluq təşəbbüslərinin genişləndirilməsi: Büdcə layihəsində işsizlik səviyyəsini azaltmaq və vətəndaşların iqtisadi fəallığını artırmaq məqsədilə özünüməşğulluq və peşə hazırlığı proqramlarına daha çox maliyyə ayrılması nəzərdə tutulur. Xüsusilə gənclər və müharibədən təsirlənmiş şəxslər üçün yeni iş imkanlarının yaradılması, müasir texnologiyalara əsaslanan məşğulluq təşəbbüslərinin dəstəklənməsi prioritet sahələrdən biridir. Bu tədbirlər həm də əmək bazarının strukturlaşmasına və rəqabətqabiliyyətliliyinin artırılmasına xidmət edəcək.

Reabilitasiya xidmətlərinin inkişafı: Xüsusilə müharibədən təsirlənmiş şəxslər üçün reabilitasiya xidmətlərinin keyfiyyətinin artırılması əsas diqqət mərkəzindədir. Fiziki və psixoloji dəstəyin daha səmərəli təşkil olunması məqsədilə müasir texnologiyalardan istifadə ediləcək, hərbçilər və müharibə əlilləri üçün yeni reabilitasiya proqramları tətbiq olunacaq. Bununla yanaşı, bu sahədə infrastrukturun genişləndirilməsi və xidmətlərin əlçatanlığının artırılması planlaşdırılır.

Büdcədə sosial siyasətlə yanaşı, idarəetmə mexanizmlərinin müasirləşdirilməsi də mühüm yer tutur. Mərkəzi və yerli icra qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı nəzərdə tutulan dəyişikliklər şəffaflığın artırılmasını və ictimai xidmətlərin daha əlçatan olmasını təmin etməyi hədəfləyir. Elektron idarəetmə sistemlərinin tətbiqi və rəqəmsal texnologiyaların genişləndirilməsi bu məqsədlərə çatmaq üçün əsas vasitələrdən biri olacaq.

Bu büdcə layihəsi Azərbaycan dövlətinin uzunmüddətli inkişaf strategiyasının davamı olaraq, həm sosial, həm də iqtisadi sahələrdə əsaslı irəliləyişlər üçün mühüm zəmin yaradır. Dövlətin sosial siyasətdəki qətiyyətli mövqeyi, vətəndaşların rifahını daha da yüksəltmək və onların həyat keyfiyyətini yaxşılaşdırmaq istiqamətində yeni perspektivlər açır.

Sosial dəstəyin və iqtisadi inkişafın paralel irəliləyişi

Azərbaycanın sosial siyasəti həssas qrupların rifahını artırmaqla kifayətlənmir, eyni zamanda, ölkənin iqtisadi potensialını genişləndirməyi, dayanıqlı və inklüziv inkişafı təmin etməyi qarşısına məqsəd qoyur. Bu siyasət çərçivəsində həm sosial dəstək proqramları genişləndirilir, həm də iqtisadi inkişaf üçün mühüm təkanverici mexanizmlər yaradılır. Əmək bazarına əlavə resursların ayrılması, müasir texnologiyaların tətbiqi ilə innovativ iqtisadi təşəbbüslərin dəstəklənməsi, eləcə də təhsil və mədəniyyət sahələrində strateji irəliləyişlər bu yanaşmanın əsas sütunlarını təşkil edir.

Əminliklə deyə bilərik ki, dövlət siyasəti, ilk növbədə, hər bir vətəndaşın rifahını yüksəltməyi hədəfləyir. Sosial təminat tədbirləri vasitəsilə həssas qrupların ehtiyaclarının qarşılanması, məşğulluq imkanlarının artırılması və həyat keyfiyyətinin yüksəldilməsi davamlı inkişafın əsas elementləri kimi ön plandadır. Bununla yanaşı, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması, yerli və beynəlxalq bazarlarda Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi və ixrac potensialının genişləndirilməsi də əsas məqsədlərdəndir.

Mədəniyyət və təhsil sahələrində irəliləyişlərin təmin edilməsi də sosial və iqtisadi siyasətin uzlaşdırılmış şəkildə həyata keçirildiyinin göstəricisidir. Təhsil sahəsinə ayrılan investisiyalar gələcək nəsillərin bilik və bacarıqlarını artıraraq insan kapitalının gücləndirilməsinə xidmət edir. Bu, eyni zamanda, ölkənin innovasiyaya əsaslanan iqtisadiyyat qurmaq istiqamətində atdığı strateji addımları tamamlayır. Mədəniyyət sahəsində isə irimiqyaslı layihələr Azərbaycanın tarixi irsinin qorunması və beynəlxalq aləmdə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Dövlətin əsas məqsədi yalnız bugünkü rifahı təmin etmək deyil, uzunmüddətli perspektivdə də davamlı sosial və iqtisadi inkişafı artırmaqdır. Sosial dəstək və iqtisadi artımın uzlaşdırılması, ölkənin bütün vətəndaşlarını bu inkişafdan faydalanmağa yönəldir. Bu yanaşma həm də sosial sabitliyin möhkəmləndirilməsinə, ictimai həmrəyliyin artırılmasına və vətəndaş məmnuniyyətinin yüksəldilməsinə xidmət edir.

Azərbaycan dövlətinin həyata keçirdiyi bu paralel siyasət, ölkə daxilində sabitliyi və rifahı artırmaqla yanaşı, beynəlxalq səviyyədə Azərbaycanın nüfuzunu daha da gücləndirir. Azərbaycan xalqının rifahını daim diqqət mərkəzində saxlayan bu inkişaf modeli regionda və dünyada sosial-iqtisadi tərəqqi nümunəsi kimi qəbul edilir. Davamlı və balanslı inkişafın təşviqi ilə Azərbaycan dünya miqyasında həm sosial, həm də iqtisadi sahədə irəli gedən ölkələr arasında öz mövqeyini gücləndirir. Bu, ölkəmizin uzunmüddətli strateji hədəflərinə çatmaqda önəmli addımdır və gələcək uğurların əsasını təşkil edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq