Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Qazaxıstandakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar
Bakı, 6 yanvar, AZƏRTAC
Yanvarın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər Qazaxıstanda mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.