SİYASƏT
Azərbaycanın və Ukraynanın diplomatiya akademiyaları arasında tərəfdaşlıq münasibətləri müzakirə edilib
Kiyev, 22 yanvar, AZƏRTAC
Azərbaycan və Ukrayna diplomatiya akademiyaları arasında tərəfdaşlıq münasibətləri daha da inkişaf etdirilməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə görüşündə Ukrayna Diplomatiya Akademiyasının direktoru Sergey Korsunskiy söyləyib.
Onun sözlərinə görə, iki ölkənin qurumları arasında təcrübə, kadr mübadiləsi aparılmalıdır.
Səfir, öz növbəsində, Azərbaycanın və Ukraynanın diplomatiya akademiyalarının birgə təşkilatçılığı ilə beynəlxalq konfransların keçirilməsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, dünyada yaranan problemlərin səbəbinin, mahiyyətinin ictimaiyyətə çatdırılması baxımından birgə konfransların keçirilməsi əhəmiyyətlidir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev