MƏDƏNİYYƏT
“Azərbaycanın xilaskarı” adlı rəsm müsabiqəsinin qalibləri müəyyən olunub
Bakı, 11 may, AZƏRTAC
Yasamal rayon Heydər Əliyev Mərkəzi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə keçirilən “Azərbaycanın xilaskarı” adlı rəsm müsabiqəsinin qalibləri elan olunub. Müsabiqə koronavirus pandemiyası ilə əlaqədar onlayn formatda keçirilib.
AZƏRTAC xəbər verir ki, münsiflər heyəti tərəfindən seçilib müsabiqəyə qəbul olunmuş işlərin mərkəzin rəsmi “Facebook” səhifəsi üzərindən izləyicilər tərəfindən onlayn səs verməsinin nəticələri müəyyən edilib. Münsiflər heyətinin üzvləri - Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Xalq rəssamı Arif Hüseynov, Azərbaycan Rəssamlar İttifaqının üzvləri, rəssam, sərgi-tədbirin təşkilatçıları Elnurə və Aygün İsgəndərovaların iştirakı ilə qaliblərin adları açıqlanıb.
1-ci yer: Müşfiq Fərzəliyev ( "Ulu Öndərimiz" əsəri)
2-ci yer: İntiqam Cəfərov (“Sülhün Elçisi” əsəri)
3-cü yer: Səmayə Rzayeva (“İmzamızı imzalar içində tanıdan dahi şəxsiyyət” əsəri)
3-cü yer: Sevinc Hacıyeva (“Dahi şəxsiyyət” əsəri).
Sərgidə iştirakına görə Minayə Feyzullayeva, Afər Fəttahova, İslam Gülmalıyev, Fərdanə Həsənzadə, Namiq Hüseynov, Nihad Əliyev, Tofiqə Əliyeva “Təşəkkürnamə” ilə təltif olunublar.
“Azərbaycanın xilaskarı” adlı rəsm müsabiqəsinin təşkilində yaxından iştirakına görə tədbirin təşkilatçıları Elnurə və Aygün İsgəndərovalar və onlayn rəsm müsabiqəsinin siması seçilmiş əsərin müəllifi, rəssam Sevinc Kərimova da təltif olunanlar sırasındadırlar.