AZƏRBAYCANLA KANADA ARASINDA ROUMİNQ ƏLAQƏSİ GENİŞLƏNİR
Növbəti rouminq sazişi Azərbaycanın mobil rabitə lideri Azərcellin beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində siyasətinin davamıdır.
Azərcell Telekom birgə müəssisəsinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Microcell Telekommunications İnc. ilə bağlanmış saziş Azərcellin Kanadada bağladığı ikinci rouminq sazişidir. Əvvəllər Azərcell Kanadada Rogers Wireless mobil rabitə operatoru ilə rouminq sazişi bağlamışdı.
1996-cı ildə fəaliyyətə başlayan Microcell Telecommunications İnc. operatoru GSM 1900 standartında mobil rabitə xidməti göstərir. Operatorun şəbəkəsi Kanadanın sahilboyu ərazilərini, habelə ölkənin bütün iri şəhərlərini əhatə edir.
Beləliklə, indi Azərcell Telekom öz abonentlərinə 78 ölkənin 169 mobil əlaqə operatorlarının abonentləri ilə əlaqə yaratmaq imkanı verir.
Azərcell Telekom yaxın vaxtlarda abonentlərinin rouminq imkanlarını daha da genişləndirmək niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]