MƏDƏNİYYƏT
Azərbaycanlı bəstəkarın əsəri beynəlxalq festivalda səsləndiriləcək
Bakı, 11 mart, AZƏRTAC
Noyabrın 28-dən dekabrın 2-dək Moskva Filarmoniyasının P.Çaykovski adına konsert zalında “Başqa məkan” (“Druqoye prostranstvo”) VI Beynəlxalq Aktual Musiqi Festivalı keçiriləcək.
AZƏRTAC Moskva Filarmoniyasının saytına istinadla xəbər verir ki, festival çərçivəsində noyabrın 29-da Fərəc Qarayevin “Orkestr və solo skripka üçün konsert”i səsləndiriləcək. Əsəri Y.Svetlanov adına Rusiya Dövlət Akademik Simfonik Orkestri təqdim edəcək. Orkestrin dirijoru Vladimir Yurovski olacaq. Solist Patrisiya Kopaçinskayadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]