AZƏRBAYCANLI GƏNCLƏRİN ALMANİYADA TƏHSİL ALMALARI ÜÇÜN TƏHSİL NAZİRLİYİ İLƏ DAAD ARASINDA MÜQAVİLƏ İMZALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyunun 16-da azərbaycanlı gənclərin Almaniyanın nüfuzlu ali məktəblərində təhsil almaları üçün Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Təşkilatı (DAAD) arasında müqavilə imzalanmışdır.
Bu münasibətlər Təhsil Nazirliyində keçirilən görüşdə DAAD-ın vitse -prezidenti Maks Huber demişdir ki, Azərbaycan dövlətinin təhsilə qayğısı, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almaları ilə bağlı xüsusi Proqramın təsdiqi bu xalqın xoşbəxt gələcəyindən xəbər verir. Prezident İlham Əliyevin bu uzaqgörən siyasətinin bəhrəsi bir neçə ildən sonra görünəcəkdir.
Təhsil naziri Misir Mərdanov demişdir ki, Almaniya ilə bu müqavilənin imzlanması azərbaycanlı gəncələrin xarici ölkələrdə təhsil almaları ilə bağlı dövlətimizin başçısının imzaladığı Proqramın tərkib hissəsidir.
Bildirilmişdir ki, hər il 60-70 azərbaycanlı Alman Akademik Mübadilə Təşkilatının müxtəlif proqramlarında iştirka edir. Təşkilatla Təhsil Nazirliyi arasında imzalanan müqavilə azərbaycanlı gənclərin Almaniya universitetlərində təhsil almalarını rəsmiləşdirən sənəddir.
M. Mərdanov bildirmişdir ki, ixtisaslar, istiqamətlər, ali məktəblərin siyahısı və əsas şərtlər Nazirlər Kabinetinin təsdiq etdiyi qərarda əksini tapmışdır. İlk dəfə olduğuna və Almaniyada sənəd qəbulu artıq başladığına görə, bu il yalnız 20 nəfər əzrizə vermişdir. İmtahan iyunun 17-də azərbaycanlı və alman ekspertlərin iştirakı ilə keçiriləcəkdir. Təhsil naziri sənəddə əksini tapan ixtisasların Azərbaycan üçün aktual olduğunu qeyd etmişdir.
Azərbaycanlı gəncələrin xarici ölkələrdə təhsilini Dövlət Naft Şirkəti maliyyələşdirəcəkdir.
Maks Huber Prezident İlham Əliyevin neftdən gələn gələrlərin insan kapitalına yönəldilməsi ilə bağlı siyasətini və bu istiqamtdə görülən işləri yüksək qiymətləndirmiş, ölkələrimiz arasında təhsil və elm sahəsində əməkdaşlığın həm də vətəndaş əlaqəlarinin inkişafına kömək edəcəyini bildirmişdir.