Azərbaycanlı kardioloqlar Portuqaliyada keçiriləcək konqresdə iştirak edəcəklər
Bakı, 16 may (AZƏRTAC). Cari ilin oktyabr ayında Portuqaliyada Avropa Ürək Cərrahiyyəsi Cəmiyyətinin konqresi keçiriləcəkdir. Konqresdə Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin nümayəndələri də iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə cəmiyyətin sədri Kamran Musayev məlumat vermişdir. Bildirilmişdir ki, konqres ürək cərrahiyyəsinin müasir problemlərinə həsr olunacaqdır.
Dörd gün davam edəcək tədbirdə azərbaycanlı mütəxəssislər ölkəmizdə ürək-damar cərrahiyyəsinin hazırkı vəziyyəti, inkişafı və bu sahədə mövcud problemlər haqqında məruzələrlə çıxış edəcəklər.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]