Azərbaycanlı rəssam zəfər sərgisinə hazırlaşır
Ankara, 27 noyabr, AZƏRTAC
Türkiyədə yaşayan və Qaziantəp Universitetində çalışan azərbaycanlı rəssam Məmməd Əliyev zəfər sərgisinə hazırlaşır.
Tanınmış rəssam AZƏRTAC-a açıqlamasında bildirib ki, yağlı boya ilə kətan üzərinə çəkdiyi tablolarda Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Yenilməz Ordumuz, xalqımızın vətənə və torpağa bağlılığı, din və dil birliyimizin müqəddəs qələbəmizdə oynadığı böyük rol kimi mövzular əksini tapacaq. Rəssamın Zəfər sərgisinin birinci tablosunun eskizi mədəniyyətimizin beşiyi olan Şuşa şəhərinin düşmən tapdağından azad olunmasını tərənnüm edir.
Ermənistanın işğalçılıq siyasətini və faşizm ideologiyasını lənətləyən rəssam deyir ki, yaradıcılığının əsas hissəsi Azərbaycanın acı günlərinə həsr olunub. Bu acıları bizə təcavüzkar Ermənistan dövləti yaradıb. O, özünü şanslı və xoşbəxt hesab edir ki, bu rəşadətli qələbə günlərini yaşayır və bundan sonrakı yaradıcılığını zəfər mövzularına həsr etmək niyyətindədir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [00:07]
“Dədə Ələsgər Ocağı”nın yeni ofisi açılıb, 5 illik hesabatı təqdim olunub
- 30.09.2026 [22:28]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [20:39]
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO
- 30.09.2026 [19:05]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [18:41]