AZERCELL ABONENTLƏR ÜÇÜN YENİ GÜZƏŞTLİ KAMPANİYAYA BAŞLAMIŞDIR
Azercell-dən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bundan sonra Azercell Telecom-un hər bir abonenti öz balansını 200 000, 500 000 və ya 1 milyon manatlıq ödəmə kartı vasitəsilə doldurmaqla növbəti gün nömrənin gizlədilməsi xidmətindən pulsuz istifadə edə biləcəkdir. Bu kampaniya 2004-cü ilin sonuna qədər davam edəcəkdir.
Hazırda Azercell öz abonentlərinə 40-a yaxın müxtəlif növ xidmətlər təqdim edir. Yaxın vaxtlarda isə Azercell öz abonentlərinə yeni xidmətlər təklif etmək niyyətindədir.