İQTİSADİYYAT
“Azercell” “Rouminq danışıq paketi”ni təqdim edir
Bakı, 22 may, AZƏRTAC
“Azercell”in bütün Fakturasız xətt (SimSim) abunəçiləri yay mövsümü ilə əlaqədar “Rouminq danışıq paketi” əldə edə bilərlər. Bunun üçün 8809 qısa nömrəsinə müvafiq açar sözü yazılıb göndərilməlidir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, 10 manat ödəməklə 15 dəqiqə qazanan abunəçi təqdim olunan dəqiqələrdən 30 təqvim günü ərzində yararlana bilər. Eyni zamanda, 8809 qısa nömrəsinə STATUS sözü yazılıb göndərildikdə, paket barədə məlumat verilir. Yeni “Danışıq paketi” sifariş olunduqda, paketlərdən irəli gələn balanslar toplanılır və ən son sifariş edilmiş paketin istifadə müddəti ümumi balansdan vahid istifadə müddəti olaraq təyin olunur.
Rouminq xidmətini aktiv etmək üçün isə *135*1#YES kodu yığılmalıdır. “Azercell”in “Danışıq paketi” 40-dan çox operatorun şəbəkəsində tətbiq edilir.