“Azəripək”in İdarə Heyətinin sədri: Biz 100 faiz təmiz ipək istehsal edirik
Şəki, 2 dekabr, Gülay Nəzərova, AZƏRTAC
Şəkidə "Azəripək” ASC-də 325 işçi çalışır. Zavodun fəaliyyəti 1926-cı ildən başlayıb, 1931-ci ildə isə hazırkı kombinat istifadəyə verilib. Həmin dövrdə kombinatda 6 minədək işçi çalışırdı.
Bunu AZƏRTAC-a açıqlamasında “Azəripək” ASC-nin İdarə Heyətinin sədri Anar Dadaşov deyib.
"Biz tamamilə təbii - 100 faiz təmiz ipək istehsal edirik. Müəssisədə həm xam ipək, həm kəlağayı, həm də parçalar hazırlanır. Baramaçılıq istehsalat sahəsində ən böyük çeşidlər toplanır. Hazırda bu şöbədə 100–200 nəfər çalışır və onların əksəriyyəti qadınlardır. Baramadan həm ipək çıxarılır, həm də atlas parça toxunur. Kəlağayı istehsalımız da var", - deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]