AZƏRTAC-ın fotomüxbirinin növbəti uğuru
Bakı, 29 dekabr, AZƏRTAC
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Serbiyanın Kraquyevats şəhərində keçirilmiş beynəlxalq “Through the Viewfinder 2017” fotomüsabiqədə iki medala - “Fotojurnalistika” nominasiyasında Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) qızıl medalına və “Monoxrom fotoqrafiya” nominasiyasında Serbiya Fotoqraflar Assosiasiyasının (FSS) bürünc medalına layiq görülüb.
Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FİAP) və PSA-nın himayəsi altında beş nominasiyada keçirilən fotomüsabiqəyə dünyanın 56 ölkəsindən 327 fotoqrafın 5446 işi təqdim edilib.
PSA-nın qızıl medalına layiq görülmüş “Sarı toplar” fotoqrafiyası 2017-ci ilin aprel ayında Bakıdakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışlarında çəkilib.
Müəllifin Serbiya Fotoqraflar Assosiasiyasının bürünc medala layiq görülmüş “Batut üzərində tullanma” fotosu isə 2017-ci ilin fevralında Bakıda, Batut üzərində tullanma üzrə Dünya Kuboku yarışlarında çəkilib.