“Azexport.az” portalına 435,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub
Bakı, 30 dekabr, AZƏRTAC
Cari ilin yanvar-noyabr aylarında “Azexport.az” portalına 435,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayına istinadla bildirir ki, bu ilin noyabr ayında “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 36,6 milyon ABŞ dolları təşkil edib. Noyabrda “Azexport.az” portalına ən çox ixrac sifarişi pambıq yağı, tibbi zəli, tənzif, nar şirəsi, tütün, fındıq ləpəsi, xurma, mühərrik yağı, meyvə şirəsi və sair mallar daxil olub.
Məlumat üçün bildirək ki, 2017-ci ilin yanvarından 2021-ci ilin noyabrına kimi (59 ay ərzində) “Azexport.az” portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,66 milyard ABŞ dolları təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]