AzMİU-nun 8 tələbəsi ixtisasları üzrə iş təklifi alıb
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Motivasiya” forumunun ilk görüşü keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə biznesin həyatımızda rolu, tələbəlik illərində iş dünyasına atılmaq və karyera inkişafı mövzuları ətrafında müzakirələr aparılıb.
Görüşdə iştirak edənlər arasından 8 tələbəyə iş adamları tərəfindən müxtəlif hədiyyələr və ixtisasları üzrə iş imkanı təqdim olunub.
Qeyd edək ki, görüş “Çətir” proqramı, “Motivator Azərbaycan” və AzMİU-nun Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.