AzTU ilə Qazi Universiteti arasında əməkdaşlıq genişləndiriləcək
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfəri çərçivəsində Qazi Universitetini ziyarət edib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti Qazi Universitetinin rektoru professor Uğur Ünalla görüşüb.
Görüşdə AzTU ilə Qazi Universitetinin elektrik və elektronika mühəndisliyi ixtisası üzrə birgə həyata keçirdiyi ikili diplom proqramının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, müvafiq istiqamətlər üzrə əməkdaşlığın genişləndiriliməsi imkanları müzakirə olunub.