Azərbaycan Dövlət İnformasiya Agentliyi

Babək rayonunda yeni uşaq bağçası istifadəyə verilmişdir

Naxçıvan, 5 may (AZƏRTAC, Rauf Əliyev). Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət-uşaq siyasəti Azərbaycanda uğurla davam etdirilir. Ölkəmizdə uşaqların layiqli vətəndaş olaraq formalaşması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikasında da bu sahədə mühüm işlər həyata keçirilir, məktəbəqədər tərbiyə müəssisələrinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 5-də - ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində Babək qəsəbəsində yeni uşaq bağçası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev demişdir ki, muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq işləri Babək rayonunu da əhatə etmişdir. 2014-cü ilin ötən dövründə Babək Rayon Mərkəzi Xəstəxanasının, Tarix-Diyarşünaslıq Muzeyinin, Cəhri Kənd Sahə Xəstəxanasının, həmçinin kənddə 1 nömrəli tam orta məktəbin binaları və Hacıvar-Sirab-Vayxır avtomobil yolu istifadəyə verilmişdir. Hazırda Babək qəsəbəsində və kəndlərdə tikinti-quruculuq işləri davam etdirilir. Rayonda məktəbəqədər tərbiyə müəssisələrinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması diqqət mərkəzindədir. Bu gün istifadəyə verilən uşaq bağçası da bu sahədə görülən işlərin tərkib hissəsidir. Elçin Hüseynəliyev yaradılan şəraitə və göstərilən qayğıya görə rayon sakinləri adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək qəsəbəsində yeni uşaq bağçasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edərək demişdir: “Bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə müxtəlif tədbirlər həyata keçirilir. Babək qəsəbə uşaq bağçası da Ulu Öndərin doğum günü ərəfəsində istifadəyə verilir”.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Uşaqlara, onların təlim-tərbiyəsinə, təhsilinə qayğı dövlətin əsas borcudur” fikrini xatırladaraq demişdir: “Ulu Öndərin müəyyənləşdirdiyi dövlət-uşaq siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə uşaqların təhsilinə, onların yararlı vətəndaş kimi böyümələrinə hərtərəfli qayğı göstərilir. Babək qəsəbəsində yeni uşaq bağçasının istifadəyə verilməsi də bu sahədə həyata keçirilən tədbirlərin tərkib hissəsidir”.

“Ümummilli lider Heydər Əliyevin siyasi xətti ölkəmizin bütün bölgələrini inkişafa qovuşdurmuş, tikinti-quruculuq işləri genişlənmiş, əhalinin sosial problemləri həll olunmuşdur”, - deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu gün muxtar respublikada 17 uşaq bağçası fəaliyyət göstərir. Onlardan 16-sı tam müasir bina ilə təmin olunmuşdur. 1 uşaq bağçasının binasında isə tikinti işləri aparılır. Babək qəsəbəsindəki uşaq bağçasında yaradılan şərait gələcəyimiz olan uşaqların məktəbəqədərki təhsilinin və onların təlim-tərbiyəsinin düzgün təşkilinə imkan verəcəkdir. Həmçinin bağçanın istifadəyə verilməsi ilə 50-dən artıq yeni iş yeri açılmışdır. Bu isə məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Ali Məclisin Sədri kollektivə işlərində uğurlar arzulamış, rəmzi açılışı bildirən lenti kəsmişdir.

Bildirilmişdir ki, 4 mərtəbədən ibarət olan uşaq bağçası 242 yerlikdir. Burada yataq və soyunub-geyinmə otaqları, oyun zalları, tədbirlər və valideyn üçün gözləmə otaqları vardır. Həmçinin binada yeməkxana, bufet, metodist və tibb otaqları, dərzi emalatxanası, anbar və camaşırxana istifadəyə verilmişdir. Bağçada 3 körpə qrupu, 8 böyükyaşlı qrup olmaqla, ümumilikdə, 11 qrup fəaliyyət göstərir. Uşaqların təlim-tərbiyəsi ilə 22 tərbiyəçi-müəllim məşğul olur.

Valideynlər uşaq bağçasında yaradılan şəraitə və gələcəyimiz olan uşaqlara göstərilən qayğıya görə minnətdarlıq etmişlər.

Ali Məclisin Sədri uşaqların intellektual inkişafı, onların mövsümə uyğun olaraq qidalanması, uşaq bağçasında sanitar-gigiyenik normalara riayət olunması barədə tapşırıqlar vermişdir.

Tədbirlər zalında uşaqlar şeir və mahnılar söyləmiş, rəqs etmişlər.

Ali Məclisin Sədri uşaqlarla şəkil çəkdirmişdir.

Binanın həyətində də abadlıq işləri görülmüş, əyləncə qurğuları quraşdırılmış, istirahət guşəsi yaradılmışdır.

X X X

Uşaq bağçası ilə tanışlıqdan sonra Ali Məclisin Sədri rayon sakinləri ilə görüşmüşdür.

Rayon sakini Vaqif Hüseynov bildirmişdir ki, Babək rayonu son illər öz görkəmini tamamilə dəyişmişdir. Rayon mərkəzində və kəndlərində istifadəyə verilən yeni inzibati binalar, sosial obyektlər, çəkilən yollar sakinlərin rahat yaşayışına xidmət edir. Bu gün Babək qəsəbəsində böyük abadlıq işləri aparılır, əhalinin kommunal-məişət şəraiti yaxşılaşdırılır, su və kanalizasiya sistemləri yenidən qurulur. Bütün bunlar Ümummilli Liderimizin müəyyənləşdirdiyi siyasi xəttin bəhrələridir. Hər bir rayon sakini də bu siyasi xəttə sədaqət göstərir, dövlətimizin inkişafında yaxından iştirak edir.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyev yolunun uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın inkişafa qovuşduğunu bildirərək demişdir: “Babək rayonu 1979-cu ildə Ulu Öndərimiz tərəfindən yaradılmışdır. Qarşıdan Ulu Öndərin doğum günü gəlir. Bu ərəfədə Babək qəsəbəsində uşaq bağçasının istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Çünki bu gün insanların sosial problemlərinin həlli ölkəmizdə həyata keçirilən siyasi xəttin əsasını təşkil edir. Ona görə də hər bir sakin ölkəmizin inkişafında yaxından iştirak etməlidir”.

 

Yeni tikinti texnikalarına baxış olmuşdur

Mayın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkəti üçün alınıb gətirilmiş yeni texnikalara baxmışdır.

Məlumat verilmişdir ki, yeni gətirilən 12 tonluq kran inzibati və yaşayış binalarının tikintisi zamanı istifadə olunacaqdır. “JAC” markalı 2 ədəd yük avtomobilinin hər biri 14 kub yük götürmə gücünə malikdir. 2 ekskavator, 1 qreyder və 1 vərdənə isə muxtar respublikada yol infrastrukturunun yenidən qurulması və müasir yolların çəkilməsi işlərində istifadə olunacaqdır.

Ali Məclisin Sədri muxtar respublikada aparılan tikinti-quruculuq işləri zamanı yeni texnika və avtomobillərdən səmərəli istifadə edilməsi barədə müvafiq tapşırıqlar vermişdir.

 

X X X

Texnikalara baxışdan sonra Ali Məclisin Sədri Babək qəsəbəsində həyata keçirilən abadlıq işləri ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, muxtar respublikada həyata keçirilən kompleks quruculuq işləri çərçivəsində yol infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasına xüsusi diqqət yetirilir. Hazırda Babək qəsəbədaxili avtomobil yolunun 3 kilometrində yenidənqurma işləri aparılır. Tikinti işləri çərçivəsində yol yatağı genişləndirilərək 20 metrə çatdırılmışdır. Hazırda yolun yatağı bərkidilir, səkilərin yaradılması və asfalt döşənməsi üçün hazırlıq görülür. Yenidənqurma işlərindən sonra yolda 4 zolaqlı hərəkət təmin olunacaq, ətrafda işıqlandırma sistemləri qurulacaqdır.

Ali Məclisin Sədri yolda tikinti işlərinin keyfiyyətlə aparılması və Babək qəsəbəsində yenidənqurma işlərinin davam etdirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar vermişdir. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dunay çayının Budapeştdən keçən hissəsində suyun səviyyəsi tarixi minimuma enib

Maykl Kerrik: Çempionlar Liqasındakı oyunları səbirsizliklə gözləyirik

“Sinxua”: Azərbaycan dünyanın ən iri fındıq istehsalçıları və ixracatçılarından biridir

Prezidentin nümayəndəsi: Sudan səmərəli istifadəni təkmilləşdirməliyik

Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib

ADPU-nun rektoru: Kimliyini qoru, ana dilində düşün və yarat, rəqəmsal dünyanı idarə et

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində özəl sektorun iqlim fəaliyyətində rolu müzakirə olunub

Asiya ölkələrinin liman rəhbərləri, nəqliyyat və logistika sahəsinin nümayəndələri Bakıya toplaşıb

Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib

İraq OPEC üzrə istehsal kvotasının artırılmasını tələb edir

Türkiyənin Atatürk Universiteti öz süni intellekt sistemini yaradıb

Ekspert: Süni intellekt kənd təsərrüfatında iqlim risklərini əvvəlcədən görməyə imkan verir

AQTA heyvandarlıq sahəsində fəaliyyət göstərən fermerlərə və sahibkarlara çağırış edib

Xocavənddə "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib

“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib

Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB

Gömrükçülər külli miqdarda metamfetamin aşkarlayıblar

Yaşıl İqlim Fondu inkişaf etməkdə olan ölkələrə 20 milyard ABŞ dolları məbləğində vəsait ayıracaq

Gömrük Komitəsinin sədri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Vaxtanq Çaraia: Orta Dəhliz və TRIPP Azərbaycan ilə Gürcüstanın mühüm tərəfdaşlara çevrilməsinə şərait yaradacaq

® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib

Azərbaycanın 16 cüdoçusu Budapeştdəki “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq

“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır

® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb VİDEO

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb VİDEO

BMU-ya yeni qəbul olunan tələbələrlə tanışlıq görüşlərinə başlanılıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

bp ölkədə enerji səmərəliliyi üzrə mütəxəssis potensialının inkişafına dəstək olur

Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir

“Özbək xalq nağılları” kitabı işıq üzü görüb

Memarlıq və İnşaat Universitetinə yüksək balla qəbul olunan tələbələrlə görüş olub

Britaniyada yüzlərlə aviareys ləğv edilib

Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası

“Bakı İqlim və Sülh üzrə Fəaliyyət Platforması” çərçivəsində 3 ölkə ilə birgə işçi qrupları yaradılıb

Müəllim: Şagirdlər oxumağı dayandırmayıb, sadəcə məlumat əldə etmə üsulları dəyişib

Hikmət Quliyev: Türkoloji Qurultayın 100 illiyi elmi əlaqələri gücləndirir

“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb

Yalçın Rəfiyev: İqlim dəyişikliyi qlobal sülh və təhlükəsizlik üçün ciddi təhdidə çevrilib

Dövlət satınalmalarında iştirak edən təchizatçı şirkətlər üçün təlim baş tutub

Almaniyanın müdafiə naziri: Müdafiə xərclərinin təxminən yarısı yeni texnologiyalara yönəldilib

Elnur Soltanov: Enerji keçidində özəl sektorun iştirakı vacibdir

Maldiv rəsmisi: İqlim dayanıqlılığı sülhə qoyulan investisiyadır

BDU-nun biotexnologiya ixtisasını seçən tələbə: Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm

Nazir müavini: Enerji keçidi dünyanın siyasi-iqtisadi mənzərəsini dəyişəcək əsas proseslərdəndir

Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov

Azərbaycan paraüzgüçüləri Avropa çempionatında növbəti dəfə finala yüksəliblər

CECECO: Enerji keçidi yalnız texnologiyalar, infrastruktur və investisiyalarla bağlı deyil

Gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə qrant müsabiqəsi elan ediləcək

Professor Amin İsmayılovun fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

“Azərbaycan Dəmir Yolları” Çin limanları ilə Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir

“Kəpəz”in kapitanı məşq zamanı zədələnib

Muxtar Babayev: Əsas prioritet beynəlxalq öhdəlikləri praktik və ölkələrin özlərinin rəhbərlik etdiyi fəaliyyətə çevirməkdir

Elmir Babayev: “Kəndə gəl” yay düşərgəsi gənc alimlərin inkişafı üçün mühüm platforma oldu

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 10,3 faiz artıb

Məktəblərdə yeni tədris ilinin prioritetləri müəyyənləşdirilir

Aleksandr Yakovleviç Şarovski

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Təhsil eksperti: Təhsilin müdafiəsi yalnız bir gün deyil, daim diqqətdə saxlanılmalıdır

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

20 Sentyabr: Azərbaycanın suverenliyinin tarixə çevrildiyi gün

Danimarka mediası PISA nəticələri barədə: Bəşəriyyət sadəcə olaraq getdikcə daha da səfehləşir

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir VİDEO

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir VİDEO

Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur

“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir VİDEO

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir VİDEO

Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub

Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib

ABŞ-də çalışan azərbaycanlı alim: Azərbaycanın milli genom məlumat bazasının yaradılması səhiyyə üçün mühüm imkanlar aça bilər – MÜSAHİBƏ

Fransada əməkdaşların əmanətlərinə vergi məsələsi: Hökumət geri çəkildi, hüquq-mühafizə orqanlarına müraciət edildi

® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində vətəndaşların müraciətləri dinlənilib

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib

SİMA-da təhlükəsizliklə əlaqədar biometrik yoxlama cəhdlərinə limit tətbiq olunub

Nazir: Belə mühüm tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir

“Mançester Yunayted”lə oyunöncəsi “Sabah”ın zədəli futbolçularının son durumu açıqlanıb

Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir VİDEO

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir VİDEO

Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub

“Komo”nun prezidenti Çempionlar Liqasında debüt matçında tribunadakı yerini azarkeşə verəcək

Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib

Nyu-York şəhərində azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü olub

Bu il 124 mindən çox uşaq birinci sinfə gedəcək

“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO

“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO

Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir

“Startup World Cup”ın regional finalı “Baku ID” çərçivəsində təşkil olunacaq

"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb

® “Yango Ride”ın Hesabatı: Fəaliyyət göstərdiyi bazarlarda ağır yol hərəkəti qaydaları pozuntuları 31 faiz azalıb

“Brent” neftinin qiyməti 100 dolları ötüb

“Himayədar ailə” modeli təbliğ olunur

Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir VİDEO

Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir VİDEO

Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib

Daniele Violetti: İndiyədək aparılan müzakirələrdən bir mesaj aydın görünür: həllər mövcuddur