Bağdadda baş verən iki partlayış nəticəsində azı 26 nəfər ölüb VİDEO
Bakı, 15 yanvar, AZƏRTAC
Bu gün səhər saatlarında Bağdadın mərkəzində baş verən iki partlayış nəticəsində azı 26 nəfər həlak olub, 95 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hücumun hədəfi paytaxtın Ət-Təyran meydanı rayonunda çalışan bir qrup işçi olub. İlkin məlumata görə, partlayışlar terrorçu-kamikadzelər tərəfindən törədilib.
İraq Daxili İşlər Nazirliyi 16 nəfərin həlak olduğunu və 65 nəfərin yaralandığını təsdiqləyib.
Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hadisənin məsuliyyətini üzərinə götürməyib.