“Bakcell” şirkəti yeni mobil tətbiqlər təqdim edib
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycanın mobil operatoru “Bakcell” gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində “Bethclip” və “Xercim.az” mobil tətbiqləri təqdim edib. Mobil tətbiqlər “AppLab” innovativ mobil developer layihəsinin ilk iki məzun komandası tərəfindən yaradılıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Bethclip” (https://bethclip.com) istənilən kontenti (mətn, şəkil, media, fayl) platformalar (Android, iOS, Windows, Mac OSX) arasında bir cihazdan digərinə bir kliklə ani olaraq köçürmək imkanı yaradır. Bu mobil tətbiqi “Android” platformalı cihazlar üçün “Google Play Store” daxil olaraq https://play.google.com/store/apps/details?id=com.bethclip.android linkindən, “Apple Store”dan isə https://itunes.apple.com/us/app/bethclip-clipboard-sync/id957669022 linkindən yükləmək olar.
“Xercim.az” (Http://xercim.az) layihəsi hazırda bazarda mövcud olan bütün endirim, bonus, kupon və ümumilikdə loyallıq sistemlərini bir yerdə toplayır. Həmin sistemlər istifadəçilərə verilən üstünlüklər, xüsusi və toplu təkliflər, qənaət etmə yolları və tərəfdaşlar haqqında məlumat bazasından ibarət mobil tətbiq və proqram təminatıdır. Bu mobil tətbiqini “Google Play Store” daxil olaraq https://play.google.com/store/apps/details?id=az.xercim linkindən yükləmək olar.
“AppLab” layihəsi Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mobil tətbiqlərin yaradılmasına dəstək verir.