Bakı Ali Neft Məktəbi “Dayanıqlı İnkişaf üzrə Hesabat” hazırlayıb
Bakı, 26 dekabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbi (BANM) 2017/2018-ci tədris ili üzrə “Dayanıqlı İnkişaf üzrə Hesabat” hazırlayıb. BANM Azərbaycanda bu hesabatı hazırlayan ilk ali təhsil müəssisəsidir.
BANM-dən AZƏRTAC-a bildirilib ki, hesabatın əsas məqsədi ali məktəbin iqtisadi, sosial və ekoloji sahələrdə fəaliyyətinin nəticələrini şəffaf şəkildə açıqlamaqdır. Hesabatda Dayanıqlı İnkişaf Məqsədlərinin BANM-in strategiyasına inteqrqasiya olunması yer alıb. Hesabat ali məktəbin korporativ məsuliyyətinin göstəricisi və onun fəaliyyətinin dünya standartlarına uyğun təşkil olunmasının sübutu, həmçinin Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədlərinə verilən bir töhfədir. BANM bu hesabatı hər iki ildən bir hazırlamağı öz öhdəsinə götürüb.
Qeyd edək ki, ali məktəbin “Dayanıqlı İnkişaf üzrə Hesabat”ı beynəlxalq Qlobal Hesabatlılıq Təşəbbüsünün standartlarına uyğun hazırlanıb. Hesabatdakı məlumatların düzgünlüyünə “EY Azərbaycan” şirkəti tərəfindən müsbət rəy verilib və təsdiq olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]
Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb
- 11.06.2026 [16:23]