BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə iyunun 4-də USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8195 AZN olmuşdur.
Birjanın elektron hərracları sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8191 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə 7 457 436 AZN məbləğində əqdlər bağlanmışdır. Manatın məzənnəsi sessiyanın yekunlarına görə 0,0013 bənd düşərək 1 dollar üçün 0,8204 AZN olmuşdur.
BEHS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 2 639 088 AZN-ə bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8195 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 12 310 000 ABŞ dolları olmuşdur ki, bu da manat ekvivalenti ilə 10 096 524 AZN-ə bərabərdir. Bir əqdə orta hesabla 1 758 571 dollar düşmüşdür
USDAZN T+1 və T+2 alətləri və SWAP_USDAZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. BEHS-də banklar AVR/AZN və RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 16,06 faiz, ABŞ dolları üzrə isə 16,56 faiz təşkil etmişdir.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 15,12 faizlə 60 gün müddətinə 6 000 000 USD məbləğində əqd bağlanmışdır.