BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə avqustun 15-də USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8128 AZN olmuşdur.
Birja hərraclarının elektron sistemində (BHES) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8141 AZN-ə bərabər idi. Dilerlər tərəfindən tələbat olmadığından USD/AZN T+0 aləti üzrə əqdlər bağlanmamışdır. Manatın məzənnəsi sessiyanın yekunlarına görə dəyişməmişdir.
BHES-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 18 517 218 AZN-ə bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8128 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 22 781 000 ABŞ dolları olmuşdur ki, bu da manat ekvivalenti ilə 18 517 218 AZN-ə bərabərdir. Bir əqdə orta hesabla 3 254 429 dollar düşmüşdür.
USDAZN T+1 və T+2 alətləri və SWAP-USDAZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. BHES-də banklar AVR/AZN və RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
BHES sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 15,00 faiz, ABŞ dolları üzrə isə 16,69 faiz təşkil etmişdir.
Avqustun 15-də banklar arasında kredit alətləri üzrə əqdlər qeydə alınmamışdır.