BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 1 milyon dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4910 manata bərabər olmuşdur. 1 milyon təklif və 920 min tələb şəraitində manatın məzənnəsi 1 bənd qalxaraq, 1 ABŞ dolları üçün 4909 manat təşkil etmişdir.
Birja elektron hərracları sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4909,85 manat həddində olmuşdur. USD/AZM T+0 aləti üzrə BEST-də 1 milyon 755 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 8,617 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 159,545 min dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USDAZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
RURAZM TOM alətləri üzrə BEST-də 1 RUR üçün 163,50 manat məzənnə ilə 583 000 rubl məbləğində əqd bağlanmışdır.
AVRAZM alətləri üzrə banklar BEST-ə sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar illik 10 faizlə 1,150 milyard manat və 200 min ABŞ dolları məbləğində kreditlər yerləşdirmək üçün sifarişlər vermişlər. Oktyabrın 10-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]