BAKI BƏLƏDİYYƏ TEATRI ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİNƏ HƏSR OLUNMUŞ AKSİYA KEÇİRİR
Tədbirin əvvəlində ulu öndər, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Teatrın bədii rəhbəri və direktoru, xalq artisti, Dövlət mükafatları laureatı Amaliya Pənahova bugünkü tədbirə Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə partiya fəallarının qatıldığını bildirmiş, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin çiçəklənməsi, dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada dayanması istiqamətində misilsiz xidmətlərindən danışmışdır. O, ulu öndərin mədəniyyət və incəsənət xadimlərinə diqqət və qayğısını faktlarla qeyd etmiş, onunla bağlı xatirələrini söyləmişdir. A.Pənahova tədbirin iştirakçılarını Azərbaycan naminə, gələcəyimiz naminə ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin ətrafinda daha sıx birləşməyə səsləmişdir.
Əməkdar incəsənət xadimi Abdulla Qurbani dram əsərinin 1918-ci ildə erməni terror dəstələrinin Naxçıvanda törəkdikləri vəhşiliklərdən, görkəmli türk sərkərdəsi Kazım Qarabəkir paşanın rəhbərliyi ilə aparılan hərbi əməliyyatlardan bəhs etdiyini bildirmişdir.
Səhnə əsəri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.