BAKI BƏLƏDİYYƏ TEATRININ YENİ TAMAŞASI AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNƏ HƏSR EDİLMİŞDİR
Kollektiv 20 Yanvar faciəsinin 16-cı və Xocalı soyqırımının 14-cü ildönümünə həsr olunmuş “Unutqanlıq qorxunc bəladır” adlı ədəbi-bədii kompozisiya hazırlayaraq teatrın səhnəsində, Milli Ordumuzun, Daxili Qoşunların və Ədliyyə Nazirliyinin əsgər və zabitləri qarşısında nümayiş etdirmişdir. Ələddin Əliyevin ssenarisi əsasında hazırlanmış tamaşada teatrın bütün aparıcı aktyorları iştirak etmişlər. Tamaşada respublikamızın tanınmış şairlərinin faciəyə həsr olunmuş poema və şeirlərindən istifadə olunmuşdur. Döyüşkənlik, mübarizlik, cəsarət duyğuları ilə köklənmiş ədəbi kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılanmış, onlar bu qanlı faciələrin ildönümü günlərində Şəhid ruhlarına sonsuz ehtiram hissləri oyadan belə təsirli tamaşaya görə yaradıcı kollektivə öz razılıqlarını bildirmişlər.
Teatrın truppası əmindir ki, azərbaycanlıların soyqırımına həsr edilən yeni tamaşa da maraqla qarşılanacaq, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərəcək, iki qardaş xalq arasında münasibətlərin dərin köklərinə işıq salacaqdır.