Bakı Beynəlxalq Astronavtika Konqresinin məqsədlərindən biri kosmos sahəsinə daha çox gənci cəlb etməkdir
Bakı, 14 sentyabr, AZƏRTAC
Bakı Beynəlxalq Astronavtika Konqresinin məqsədlərindən biri də daha çox gənci kosmos sahəsinə cəlb etməkdir. Konqres çərçivəsində fəaliyyət göstərəcək könüllülər də bu proqramın tərkib hissəsidir. Bakı Konqresində iştirak üçün ümumilikdə 300 könüllü xüsusi təlimlər keçmişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə hazırlıq prosesinə həsr olunmuş brifinqdə Azərbaycan Kosmik Agentliyi - “Azərkosmos”un İctimaiyyətlə əlaqələr və kommunikasiya qrupunun rəhbəri Fidan Behbudova deyib.
O bildirib ki, könüllülərin hazırlığı üçün 10 fərqli təlim təşkil olunub. Təlimlər nəticəsində 191 könüllü Bakı Konqresində fəaliyyət göstərəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [11:44]
Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 28.09.2026 [11:36]
® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit
- 28.09.2026 [11:23]
Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb
- 28.09.2026 [11:02]