Bakı Dövlət Universitetində “Həyatla oyun” tamaşası nümayiş olunub
Bakı, 1 mart, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “Xaş-xaşın göz yaşı” və ya “Həyatla oyun” tamaşasının təqdimatı olub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Gənclər və İdman Nazirliyinin sifarişi ilə Arzu Soltanın qələmə aldığı, İntiqam Soltanın quruluş verdiyi tamaşada real həyatdan götürülmüş hadisələr əks olunub.
Çıxış edənlər bildiriblər ki, tamaşanın nümayişi gəncləri narkomaniya haqqında məlumatlandırmaq məqsədi daşıyır.
Qeyd edək ki, “Xaş-xaşın göz yaşı” və ya “Həyatla oyun” tamaşası Avropa Şurasının pampidou qrupu tərəfindən narkotiklərə qarşı mübarizədə gənclərin fəal iştirakı ilə həyata keçirilən innovativ layihə olaraq tanınıb və 80 layihə arasında ilk üçlüyə düşüb.