Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Enerji Forumuna COP29-a həsr olunan xüsusi sessiya ilə yekun vurulub

Bakı, 6 iyun, AZƏRTAC

Bu gün Bakı Enerji Forumunun ikinci günü keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forumda “Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları”, “Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı” və “Uğurlu enerji keçidində insan kapitalının rolu” mövzularında panel müzakirələri baş tutub. Həmçinin COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları” adlı xüsusi sessiya da əlavə olunub. Sessiyada məruzəçi qismində iştirak etmək üçün digər ölkələrdən xüsusi qonaqlar dəvət olunub.

600-dən çox nümayəndənin iştirak etdiyi konfransda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələlərinə toxunulub.

İlk sessiyada çıxış edən SOCAR-ın vitse-prezidentinin müşaviri Səriyyə Bünyatova qeyd edib ki, təbii qaz Avropada ən az 2050-ci ilə qədər istehsal olunacaq. 2040-cı ildə Avropada qaza olan tələbat nəzərə çarpacaq dərəcədə azalmayacaq. O bildirib ki, yaşıl enerjinin inkişafına baxmayaraq təbii qaza olan tələbat azalmır.

“Bu baxımdan biz çalışırıq ki, hasilat sektorunda işləri daha da sürətləndirək. 2023-cü ilin iyul ayında biz “Abşeron” yatağında qaz hasilatının istehsalı istiqamətində işə başlamışıq, yatağın tam işlənməsi üzrə işlər aparırıq. Məqsədimiz növbəti illərdə təchizatımızı gücləndirmək və ixracımızı yüksəltməkdir. Biz getdikcə xarici investorların hasilat sektoruna marağının artdığını görürük. Əminik ki, bu maraq davamlı olacaq. Həmçinin başqa yeni layihələr də planlaşdırırıq. Biz hasilat portfelimizi inkişaf etdiririk ki, həm yerli, həm də regional tələbatı qarşılaya bilək”, - deyə Səriyyə Bünyatova vurğulayıb.

Almaniyanın “Uniper” şirkətinin vitse-prezidenti Mixael Himler “Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu” mövzusunda keçirilən panel müzakirədə çıxışında bildirib ki, Almaniya ekologiyaya çox ciddi diqqət yetirən bir dövlətdir və 2045-ci ilə kimi enerji istehlakında tamam yaşıl enerjiyə keçməyi planlaşdırıb. Bu istiqamətdə atılan addımlardan biri kömürdən tamamilə imtina etmək olub. Almaniyada bütün kömür yataqlarının istismarı dayandırılıb. O bildirib ki, bütün bunlara baxmayaraq təbii qaza olan tələbat hələ uzun illər boyu davam edəcək.

“Almaniya yaşıl enerjiyə keçid üçün bir sıra tədbirlər görsə də təbii qaz ilə təchizatını da diqqətdə saxlayır. Avropanın bir çox dövləti, o cümlədən Almaniya Rusiya qazından imtina etdikdən sonra qitədə enerji böhranı yarandı və qiymətlər 7 dəfə artdı. Buna görə də Avropada Azərbaycan təbii qazına böyük tələbat var. Bizim şirkət 2013-cü ildə SOCAR ilə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından qaz almaq haqqında razılaşma imzalayıb. Almaniyada məişətdə təbii qaza hələlik çox böyük tələbat var. SOCAR ilə imzalanan müqavilə ilə biz qaz idxalımızı şaxələndiririk”, - deyə M.Himler qeyd edib.

Şirkətin vitse-prezidenti əlavə edib ki, Almaniya hazırda 275 qiqavat yaşıl enerji istehsal etməyi planlaşdırıb: “Bu çox yaxşı təşəbbüsdür və artıq külək elektrik stansiyasından enerji alınır. Almaniyada enerjiyə olan tələbatın yalnız 10 faizi yaşıl enerji hesabına ödənilir. Lakin nəzərə almaq lazımdır ki, sənayedə və istehsal müəssisələrində təbii qaza tələbat çox böyük həcmdədir və yaxın gələcəkdə də eyni səviyyədə qalacaq”.

BP AGT-nin qaz və az karbonlu enerjinin inkişafı üzrə vitse−prezidenti Katerina Papaleksandri qeyd edib ki, böhran illərində enerji sisteminin kövrəkliyi gündəmdə olub: “BP şirkəti olaraq Səngəçaldakı platformanın karbonsuzlaşdırılması istiqamətində işlər görürük. Təchizat və tələb arasında balansı saxlamaq çox vacibdir. Burada vacib məsələlər var ki, bunlardan birincisi dünyanın ehtiyacı olan sərfəli, dayanıqlı enerjini təchiz etməkdir. Buna görə də enerji sisteminə və keçid dövrünə yeni investisiyalar qoyulmalıdır. Neft və qaz sistemlərinə investisiya qoyaraq lazım olan enerji təchizatını saxlamalıyıq. Bu bizim strategiyamızın məğzidir. Biz “Şahdəniz” yatağında fəaliyyət göstəririk. Bu yataq ölkəni və Avropanı qazla təchiz edir. Biz eyni zamanda, keçid faktoru istiqamətində Azərbaycana investisiya qoyuruq”.

“MVM Group”un baş direktoru Karoly Tamas Matrai bildirib ki, keçid yanacağı kimi qaz çox əhəmiyyətlidir. O, həmçinin vurğulayıb ki, Macarıstan və Azərbaycan arasında dərin dostluq münasibətləri var: “Biz intensiv olaraq enerji sahəsində qarşılıqlı dəstək veririk. Macarıstan enerji baxımından nisbi olaraq kasıb ölkədir. Əsasən Rusiya və Azərbaycandan qaz idxal edirik. Azərbaycanla Macarıstan arasında əməkdaşlıq yüksək səviyyədədir. Biz, həmçinin “Şahdənizdə” pay sahibiyik və buna görə böyük fəxr hissi duyuruq”.

“VNG Handel & Vertrieb GmbH” şirkətinin idarəedici direktoru Konstantin Herzoq von Oldenburq bildirib ki, mavi qaz gələcəkdə yaşıl hidrogenə çevriləcək.

“Biz bunun mümkün yollarını axtarırıq. Mən inanıram ki, təbii qazdan ilk olaraq mavi qaza daha sonra yaşıl qaza ehtiyacımız olacaq. Qaz resursları bitməkdədir. Azərbaycandan Avropaya qaz ixracının yeni yollarını düşünməliyik”, - deyə Konstantin Herzoq von Oldenburq qeyd edib.

SOCAR-ın vitse-prezidenti Babək Hüseynov geoloji kəşfiyyat işlərinin aparılması üçün SOCAR-ın yaxşı komandası var.

““Ümid” yatağının 6 quyusu var və kəşfiyyat işlər bu quyuların böyük potensialı olduğunu göstərir. Biz “Total” şirkəti ilə əməkdaşlıq edərək bu quyuların işlənməsini həyata keçirəcəyik. “Qarabağ” yatağının kəşfiyyatı da onun potensialının böyük olduğunu deyir və yaxın 3 ilə bu yataqdan təbii qaz hasil ediləcək. Bundan başqa, “Abşeron”, “Qarabağ”, “Naxçıvan”, “Babək” yataqlarında da geoloji kəşfiyyat işləri həyata keçirilib və böyük həcmdə neft və qaz ehtiyatları müəyyən edilib”, - deyə Babək Hüseynov əlavə edib.

B. Hüseynov nəzərə çatdırıb ki, 30 ildir istismar olunmasına baxmayaraq Azəri-Çıraq-Günəşli (AÇG) yatağının imkanları böyükdür və gələcəkdə də hasilat davam edəcək: “SOCAR xarici tərəfdaşları ilə birlikdə çox etibarlı infrastruktur yaradıb, neft və qaz ixracını həyata keçirir. AÇG yataqlar blokunun infrastrukturu da mövcuddur. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri AÇG yataqlar blokunun nəqliyyat infrastrukturudur. Bu kəmərlər ixracın həyata keçirilməsində əhəmiyyətli rol oynayırlar. “Şahdəniz” yatağından hasil olunan təbii qaz isə Cənub Qaz Dəhlizi vasitəsi ilə ixrac olunur”.

Çexiya Sənaye və Ticarət Nazirliyinin Enerji Strategiyası və Beynəlxalq Əməkdaşlıq üzrə direktoru Petr Binhack “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib ki, Çexiya Rusiya qazından 100, neftindən isə 50 faiz asılıdır. Buna görə də Çexiya enerji təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanla enerji sahəsində yaxın əməkdaşlıq əlaqələri qurmaq niyyətindədir. O bildirib ki, Çexiyanın illik 7,5 milyard kubmetr təbii qaza ehtiyacı var.

“Biz ölkənin qaz təchizatını şaxələndirmək istəyirik və Azərbaycandan təbii qaz idxalını həyata keçirməyi planlaşdırmışıq. Azərbaycan infrastruktur layihələri və neft-qaz potensialı ilə Avropanın enerji təminatında mühüm rol oynayır. Proqnozlara görə, Avropada enerji istehlakında 2050-ci ilə qədər təbii qaz əsas enerji mənbəyi olaraq qalacaq və buna görə də təbii qazla əlaqədar sərmayə və infrastruktur yaradılması davam edəcək”, - deyə Petr Binhack əlavə edib.

“Baker Hughes” şirkətinin Xəzər və Ukrayna üzrə direktoru Karlo Beltrame öz çıxışında bildirib ki, Naxçıvanda geotermal sahədə kifayət qədər potensial var. O diqqətə çatdırıb ki, “Baker Hughes” enerji-texnologiya şirkətidir və Azərbaycanda 30 ildir ki, fəaliyyət göstərir.

“Naxçıvanda bir neçə il əvvəl olmuşam. Burada geotermal sahədə kifayət qədər potensial var. Bu bölgədə geotermal istiqamətində tədqiqatlar aparılmalıdır. Mövcud dataya nəzər yetirmək və bir sıra quyuların tədqiqatına baxaraq təhlillər aparmaq lazımdır. Bu kimi addımlar ölkə üçün çox vacibdir”, - deyə o qeyd edib.

“TotalEnergies” şirkətinin birgə müəssisə və inkişaf direktoru Ceyson Fiş forumda iştirak etməkdən məmnunluğunu bildirib.

“Məqsədimiz “Abşeron” yatağında əməliyyatların yüksək səviyyədə həyata keçirilməsidir. Yatağın gələcək işlərinə müsbət baxışımız var. Dayanıqlıq aspektindən danışdıqda üzərimizə düşən əsas başlıca vəzifə mövcud resurslardan səmərəli şəkildə istifadə etməkdir. Azərbaycanda çox gözəl resurslar var. Burada bu sahəni daha da inkişaf etdirmək bizim əsas vəzifəmizdir. Gələcəkdə əldə edəcəyimiz dinamik məlumatlar əlavə resurslardan daha effektiv istifadə etməyə yönəldəcək”, - deyə Ceyson Fiş vurğulayıb.

SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva “Uğurlu enerji keçidində insan kapitalının rolu” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib ki, təşkilati səviyyədə dəyişikliklərə nail olmaq üçün SOCAR dörd əsas istiqamətdən istifadə edir. Bunlara korporativ strategiya, əməliyyat modeli, mədəniyyət və kontekst daxildir. O bildirib ki, yeni əməliyyat modeli SOCAR-ı qarşıya qoyulan vəzifələrin həllinə daha da uyğunlaşdıracaq. Z.Mustafayeva, həmçinin qeyd edib ki, üç il əvvəlki nəticə ilə müqayisədə bu gün SOCAR-da çalışan qadınların sayı daha çoxdur. Onun sözlərinə görə, SOCAR-ın gənc nəsil üçün proqramları mövcuddur: “Bu proqramlar həyata keçirilərək qadınların işə götürülmə imkanları artıb. Bakı Ali Neft Məktəbində də son illər xanım məzunların sayında böyük artım görürük. Biz problemləri həll etmək üçün vahid, inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərməyimizi təmin etməliyik”.

“Atlantic Council” Qlobal Enerji Mərkəzinin baş direktoru Landon qeyd edib ki, Rusiya neftinə tətbiq olunan sanksiyalar Azərbaycan üçün geniş imkanlar yaradıb. O bildirib ki, Rusiyadan tədarüklər dayandığı üçün diqqət Azərbaycana yönəldiləcək.

“Geosiyasi vəziyyət bizə “Bakı-Tbilisi-Ceyhan” (BTC) boru kəmərinin genişləndirilməsi imkanlarını göstərdi. Dünyada dəyişən geosiyasi vəziyyət BTC ixrac boru kəmərinin fəaliyyətinə mənfi təsir göstərə bilmir. Orta Dəhlizin mərkəzi elementi kimi Azərbaycanın əhəmiyyətini vurğulamaq vacibdir. Azərbaycanın COP29-a sədrliyi Orta Dəhlizin uğur qazanması üçün imkanlar yaratmaqla yanaşı, bu istiqamətdə yeni texnologiya və yolların araşdırılmasını ön plana çıxarır”, - deyə baş direktor vurğulayıb.

SOCAR prezidentinin müşaviri Zaur Qəhrəmanov diqqətə çatdırıb ki, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri yalnız Azərbaycan neftini deyil, həm də tranzit olaraq Qazaxıstanda hasil edilən nefti də Avropaya nəql etmək imkanı var. Ötən il 1,3 milyon ton Qazaxıstanın xam nefti BTC vasitəsi ilə nəql edilib. O bildirib ki, Qazaxıstan neftinin Azərbaycan vasitəsilə ixrac edilməsi ilə bağlı yeni razılaşmalar imzalanıb: “Bu razılaşmalara görə, Azərbaycan vasitəsilə nəql edilən Qazaxıstan neftinin 2,2 milyon tona çatdırılması planlaşdırılır”.

Daha sonra forumun xüsusi və son sessiyası olan “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları, yaşıl enerji layihələrinin maliyyələşdirilməsi” mövzusunda panel müzakirəsi baş tutub. COP29-un İqlim dəyişmələrinin maliyyələşdirilməsi üzrə direktoru Samir Süleymanov diqqətə çatdırıb ki, qlobal sənayedə texnologiya xeyli inkişaf edib: “Bu, özəl sektor üçün daha maraqlı təkliflər irəli sürür. Onların bu sahəyə marağını artırmalıyıq. Yeni iqtisadiyyat üçün böyük şans var. Bakının COP29-da yaxşı nəticələr əldə etmək imkanı yüksəkdir. İqlimin maliyyələşdirilməsi məsələsinə tamamilə fərqli şəkildə baxmalıyıq. Bir çox nüansı təhlil etməli və real imkanlara diqqət yetirməliyik”.

İqlim Dəyişikləri üzrə Mərkəzin (CACE) direktoru Aleksandra Sözer isə öz çıxışında bildirib ki, yeni iqlim maliyyəsi hədəfinə nail olmaq özəl sektorun iştirakını tələb edir. O bildirib ki, daha çox maliyyə resurslarına ehtiyac var.

“İqlim maliyyələşdirilməsində özəl sektorun iştirakı lazımdır. COP29-la bağlı gözləntilərim budur ki, konfransda enerji keçidində özəl sektorun fəal iştirakının vacibliyinə əlavə diqqət yetiriləcək. Başa düşülməli amillərdəndir ki, neft-qaz şirkətləri texnoloji amilləri ortaya qoymaqla emissiyanı azaltmalıdır. Buna bir növ fürsət kimi baxılmalıdır. Yeni texnologiyalardan istifadə dayanıqlığı yüksəldəcək”,- deyə o qeyd edib.

“Hydrogen Europe”un Ticarət və Beynəlxalq Əlaqələr üzrə direktoru Maria Assumpcio Rojo Torrent diqqətə çatdırıb ki, Avropa İttifaqı karbon neytrallığına nail olmaq istiqamətində fəal şəkildə irəliləyir və hidrogen bu prosesdə əsas rol oynayır. O qeyd edib ki, hidrogen texnologiyalarının tətbiqi bir çox maneələrlə üzləşir, onların arasında maliyyələşdirmə ən mühüm problemlərdən biridir.

“Hidrogen texnologiyalarının uğurla həyata keçirilməsi üçün strateji maliyyələşdirməyə ehtiyac var. Əhəmiyyətli investisiyalar və dövlət dəstəyi olmadan, hidrogenə keçid qeyri-müəyyən müddətə uzana bilər. Beynəlxalq əməkdaşlıq burada böyük əhəmiyyət daşıyır. Paralel olaraq lazım olan infrastrukturu nəzərə almalıyıq. Hidrogen son COP tədbirlərində qabarıq mövzulardan birinə çevrilmişdi. Ümid edirəm ki, bu COP29-da da davam edəcək və hidrogenin inkişafına yol açacaq”,- deyə o diqqətə çatdırıb.

O vurğulayıb ki, COP29-dan gözləntilər böyükdür: “Yaşıl hidrogenin rolunun iqlim hərəkatında gücləndirilməsi COP29-un əsas amillərindən olacaq. İqlim ambisiyalarını reallaşdırmaq üçün dövlət və digər mənbələrdən, həmçinin kiçik və orta sahibkarlardan maliyyələşdirməni təmin etməliyik”.

Sessiya və panel müzakirələrdə vurğulanıb ki, Bakı Enerji Forumu özünü səmərəli əməkdaşlıq üçün etibarlı platforma kimi təsdiqləyib.

Forumda, həmçinin yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli işgüzar görüşlər də baş tutub. Forum enerji sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, yeni səmərəli və qarşılıqlı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək üçün unikal şərait yaradıb.

Beləliklə, 29-cu Bakı Enerji Forumu enerji təhlükəsizliyinə nail olmaq yolunda birgə həllərin axtarışı üçün gözəl imkan yaradaraq, yadda qalan, maraqlı müzakirələrlə öz işini tamamlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib