Bakı Musiqi Akademiyasında “Müasir Azərbaycan bəstəkarı və zaman” mövzusunda məruzələr dinlənilib
Bakı, 16 aprel, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Müasir Azərbaycan bəstəkarı və zaman” adlı doktorant və gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva və tarix-nəzəriyyə fakültəsinin dekanı, professor Gülzar Mahmudova konfransın əhəmiyyəti barədə danışaraq iştirakçılara elmi fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra konfransda bir-birindən maraqlı məruzələr dinlənilib və iştirakçılara sertifikatlar təqdim edilib.