Bakı Nəqliyyat Agentliyi il ərzində 30 layihə icra edib
Bakı, 29 dekabr, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi paytaxtda yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması ilə bağlı 2021-ci ildə bir sıra vacib layihələrin icrasını təmin edib.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, cari ildə 161 küçə və prospektdə yol şəraitinin yaxşılaşdırılması ilə bağlı işlər görülüb. İl ərzində Agentliyin mütəxəssisləri tərəfindən 76 küçə və prospektin layihəsi işlənilib, 30 layihə isə icra edilib.
Avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək, ictimai nəqliyyat istifadəçilərinin səyahət müddətini minimuma endirmək məqsədilə, ümumilikdə, 6 küçə və prospektdə xüsusi zolaq təşkil edilib. Lakin nəzarətin yetərli olmaması səbəbindən, R.Behbudov küçəsi və Atatürk prospekti istisna olmaqla, xüsusi zolaqların təşkil edildiyi digər yollarda müsbət təsirlər hiss olunmur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]