Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
Bakı, 10 mart, AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsi martın 10-da paytaxtda keçirilən razılaşdırılmış mitinqlə bağlı məlumat yayıb.
İdarədən AZƏRTAC-a bildiriblər ki, martın 10-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500-dək olan üzvü və təəssübkeşi iştirak edib.
Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]