BAKI-TBİLİSİ-CEYHAN BORU KƏMƏRİ İLƏ XAM NEFTİN NƏQLİ BƏRPA OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 15 günlük fasilədən sonra, avqustun 20-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə xam neftin nəqli bərpa olunmuşdur.
BTC kəməri ilə neftin Heydər Əliyev adına Ceyhan terminalına nəqli avqustun 5-də Türkiyənin Ərzincan vilayətinin Rəfahiyə rayonunda baş vermiş partlayışla əlaqədər dayanmışdı. BOTAŞ şirkətindən verilən məlumata görə, artıq boru xəttində bütün təmir işləri başa çatmış və neftlə doldurulan kəmərdən bu gündən etibarən dinamik sınaq nəqli başlanmışdır.
Şirkətdən onu da bildirmişlər ki, avqustun 23-dən etibarən Heydər Əliyev adına Ceyhan terminalında yenidən tankerlərin yüklənməsinə başlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]