Bakı–Tbilisi–Ceyhan kəməri ilə 20,1 milyon tondan çox neft daşınıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Yanvar-avqust aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 26 milyon 456,9 min ton neft nəql olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqletmənin 76,2 faizi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-avqust ayları ərzində bu kəmərlə 20 milyon 149,8 min ton neft nəql edilib.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,5 faizini və ya 16 milyon 834,5 min tonunu Azərbaycanda hasil edilən neft, 16,5 faizini və ya 3 milyon 315,3 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]